
Məlum olduğu kimi sadə rəqəmlər- yalnız özünə və 1-ə bölünən natural ədədlərdir.Məsələn, 3, 5, 7, 11, 13, 17 və s. Sadə rəqəmlərin bu sırası sonsuzdur.
İndiyə qədər məlum olan ən sadə rəqəmlərin ən böyüyünü 20 yaşlı kanadalı Maykl Kameron hesablamışdı. Bunun üçün o, gücü 800 mqh olan kompüterindən istifadə etmiş və 45 gün durmadan çalışmışdı. Kanadalı tərəfindən alınmış rekord rəqəm 4 milyondan çox işarədən ibarətdir. Bu rəqəm 2 üstündə 13466917 minus 1-dir və bu rəqəm Mersennin sadə rəqəmlərindən 39-cusudur. Mersennin rəqəmləri 2 üstündə p-1-ə bərabərdir və buradakı p sadə rəqəmdir. XVII əsrin birinci yarısında yaşayan fransız alimi, monax-minorit Maren Marsennin sadə rəqəmlərinin axtarışı üzrə Beynəlxalq proyektin iştirakçısıdır. Bu proyektin əsasında bölüşdürülmüş hesablamalar konsepsiyası dayanır. O internete qoşulmuş ev komsentrasiyasını nəzərdə tutur və bu da virtual super kompüter yaratmağa zəmin yaradır. Bu proyektdə iştirak etmək maddi cəhətdən də əlverişli ola bilər. Belə ki, 10 milyondan çox işarədən ibarət ən böyük sadə rəqəmi tapan şəxsə amerikan təşkilatı- Electironic Frotier Foundation 100 min dollar mükafat vermək fikrindədir.




















