Reklam verin!

Blogun sahibi: Asif Eminov  Subscribe to Revolution Music WordPress ThemeRSS

Təbəssüm

Sentyabr 5, 2008 13:25   Yazan: BLOGCU    Baxış sayı: 22

tebessumBu şəkili İsmayıllıya gedəndə çəkmişdim. Məncə gözəl şəkildir. Sizin də şərhlərinizi görmək xoş olardı. Hmm…

Wordpress theme _Paper stil

Sentyabr 4, 2008 23:08   Yazan: BLOGCU    Baxış sayı: 14

Salam, əziz oxucular. Bir daha bloguma gəldiyiniz üçün təşəkkür edirəm.

Keçək əsas məsələyə...

Ola bilər kimilərsə azəriblogun admini Fərhad qardaşın yaratdığı 40 stildən özünə lazım olanı tapıb ( mənim də bəyəndiklərim var. Göz vur ). Amma yəqin ki, bəziləri tamam fərqli dizaynlar axtarışındadiır. Zövqlər müxtəlifdir... Bir çoxları isə htmldan yaxşı anlamadıqları üçün gördüyü hansısa stili öz bloguna uyğun yığa bilmir və yaxud çətinlik çəkir. Nəticədə isə səhifədə çoxlu səhvlər ortaya çıxır. Bugündən calışacam azəriblog sisteminə uygunlaşdırğım stilləri sizlərə təqdim edim. Gördüyünüz bu Wordpress 2.6 stilllərindən olan Paper stili sadə və orijinalığı ilə seçilir. Həm də yüngül olması ilə. Yəni səhifələrin tez açılmasi ilə... Bu stili azəriblog sistemindəki hər bir bogçu istifadə edə bilər. 2 sütunlu, mavi paper stili... Əgər kimsə bu stili beyənib, öz bloguna yerləşdirmək istəyirsə, şərhlə muraciət etsin.

Amma...


Amma bununlar iş bitmir. Əgər kimsə, qoyacağım hansısa stilidən istifadə edrisə, istərdim ki, həmin blogda dost bloglara ve keçidlərə elavə olunum. ))) Bu da olsun, blogçunun mini reklamı. )))

Çox yaxın zamanlarda sizləre azəriblog sistemi sayesinde öyrəndiyim html kodlar haqqında da məqaleler təqdim edəcəm. Ümid edirəm ki, az da olsa köməynizə çatacaq.

Bu şəhərin günahı

Avqust 25, 2008 21:54   Yazan: BLOGCU    Baxış sayı: 155

Bu şəhərin
gözü qaranlıq şoselərində
Sənin kölgən görünər.
Bu kölgən də
Gecəni çöldə qalmaqdan qorxub
Maşın təkərlərinə yalvarar...
Hər gecə
Dabanı əyilən ayaqqabıların
Ayaqların altında əzilən
namusuna işarədir.
Damla-damla
bu gecənin yollarına tökülər...


Bu şəhərin
restoranları
binaları
səsini eşidən
arvad, uşağı olan
qonşu kişi də
Günahına batan istəklərdir...
Hər gecə
Sənin ucbatından
Bu şəhərin günahları
günü-gündən
Dayanmadan böyüyər...
Birdəfəlik çıxıb getsən
Bəlkə onda
bu şəhər
Günahından azad ola...

Yağışlı xatirələr

Avqust 25, 2008 21:49   Yazan: BLOGCU    Baxış sayı: 62

 

Yağışlı havalar istəyirəm
Köhnə pəncəyimi geyib
Əllərim cibimdə
Yenə gəlim
binanıza sarı.
Titrək-titrək
Pəncərənə boylanım.
Səni görcək
Həsrətim sənlə dolsun.


Sevinim yenə...
Tez pəncərəni örtüb
Utancaq gözlərinlə
Gizlin-gizlin boylan
Sən də...
Beləcə baxışaq yenə
Sən yuxarıdan
Mən aşağıdan.
Bunu da bir görüş sanıb
günümüzlə beləcə barışaq
yenə.

Oğurluq!!!

Avqust 23, 2008 20:46   Yazan: BLOGCU    Baxış sayı: 126

Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub.

http://sensizolmaz.azeriblog.com/2008/08/15/sensizlik-depressiyasi  blogumun daimi olxuculari ve meni taniyanlar bilir ki, sensizlik depressiyasi mene mexsusdur. Demirsen ki, bashqa menbedir? Menbeni goster. Baxim hansi ... menim sheirimi bu gune salib!!! 

bu da senin mene yazdigin sherh!

============================

 

 

 

Oxucular, xahish edirem. Bu movzuya fikirlerinizi bildiresiz. 

Yeni ogurluq unvanlar.... Mene bunun koku lazimdir!!!

http://mix.az/love/page,1,1,15156-s601nsizlik-depressiyas305.html

http://uzaysel.azeriblog.com/2008/08/05/sensizlik-depressiyasi

http://www.azeribalasi.com/showthread.php?p=1189

 

Men sadece basah dushmurem, bu sheirlerimi niye bu gune saliblar? bashi ayagi bilmir. nagil kimi, ara qoymadan da ele rahat yaziblar kiiii!!!! Hirsli


Etüdlər və ya bədii tapmaca

Avqust 23, 2008 17:24   Yazan: BLOGCU    Baxış sayı: 53

****

Artıq cənnətə inanmır
Gecə yarısı
blok qırağında
Oyanan uşaq.

****

Çünki saqqızını itirdi.
Atasının cibində qaldı
Uşağin arzuları.

****

Susuz
balıqlar havada üzər
Elə bilər dənizdir.
Son ümidi var yaşamaqçün.


****

Gecə çox uzun
Sabahın yolu qısa.
Beləcə gün keçdi...

****

Yağış yağdı üstünə
Qayalar yaralandı.
Səbəkar bulud oldu.

****

Susmaq qızıla bərabərdir
kəlməsi
Bir təsəlli.
Danışmağı bacarmırıq.

****

Dalğalara güvənmə.
Külək görəndə
həddini aşır.

****

Məktəb illəri vinetkada qaldı
Universitet illləri yollarda.
Ananın göz yaşları
qanlı asfaltı yudu.

Özgələr ( fəsil3)

Avqust 22, 2008 20:45   Yazan: BLOGCU    Baxış sayı: 52

 

 

Fəsil 3.

 

Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.

Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.

 

Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.

 

-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.

Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.


242 nömrəli marşruta minib Şamaxınkaya yollandıq. Hansı ki, bizim rayona- İsmayıllıya maşınlar ordan gedir. İsmayıllı, İsmayıllı çagıran bir taksiyə mindik, üç nəfər arxada, bir nəfər də qabagda yola çıxdıq. Qabağdakını tanlmlrdıq. Şoferin bizi kimi bir kliyenti idi. Kəpənəkdə düşəcəyini deyirdi. Camaat İsmayıllının girəcək yerinə Kəpənək deyillər. Bizsə qabağda düşəcəydik... Rayonun mərkəzində… Ordan da bir kəndə gedən taksi tutub düz kendə... Yol boyu sevincək uşaq kimiydik. Çünki belə istirahəti səbirsizlklə gözləyirdik. Artıq 3 həftəydi planlaşdırmışdıq bele istirahəti. Gah soyuq oldu, gah da Müşfiq işindən qalanmadı. Buna görə uzanmışdı. Müşfiq bizim kəndə birinci dəfə idi gılirdi.Amma Nağı bir dəfə olmuşdu. 2 il bundan qabaq… Onda 5 gün qalıb gəlmişdik. Hətta o vaxt Nağının mənə Gənclikdəki meşədən tapdığı şam qozansını da aparmışdım kəndə. (Nağı ilə gitaradan hazırlığa gedirdim. Ordan çıxandan sonra Gənclikdəki şam meşəsində hərdən oturtub gitara çalırdıq. O vaxt vermişdi bu qozanı). Bir ağacın koğuşunda gizlətmişdim. Kəndə çatanda Nağıya surprizim olduğunu bildirdim. Qozanı gizlətdiyim yerə çatanda  koğuşun üstündən daşı qaldırmağı xahiş etdim və o da qalıdırıb ordakı qozanı gordü. Buna çox sevindi. Mənə sual verdi ki, görürsən? Haradan haraya gəlib çıxdı? Deməli, bunun da taleyi bura imiş. Bir tərəfdəndə düşünəndə belədir. Bir gün harada id, indi hardadır? Görəsən bundan sonra onun taleyi necə olacaq?

Rayona çatana yaxın əmim zəng elədi. (telefonumu götürmüşdüm. Bilirdim ki, atamgilin kəndinə qədər dalğa tutur. Uzaqbaşı kəndə əmimim yanında qoyacaqdım). Telefonu götürəndə rayonda bizi gözlədiyini bildirdi. Halbuki biz elə bilirdik ki, bizi kənddə, öz evlərində gözləyir. Taksini o gözlədiyi yer sürdürüb, rayondan əmimlə getdik. Kəndə çatdıq... O göy darvaza… Baba yurdu... Ora çox doğma görsənir nədənsə... Bilmirəm uşaqlığım orda kecib deyə, yoxsa nəyə görə… Amma doğmaydı… O göy darvazanı görən kimi gülümsədim. Baba yurdunda indi əmim qalırdi.

Yorğun idik... Yol yorğunu... Yorğun olmağımıza baxmayaraq, ahrdasa bir saatdan sonar çaylağa düşdük. Nağı çaylağda çimmək istədiyini dedi. Keçən dəfə də gələndə çimmişdi. Yəqin çox bəyənmişdi, buranın şəffaf, mavi , soyuq çaylağında çimməyi. Müşfiqsə birinci dəfə olduğuna baxmayaraq bu təklifi fikirləşmədən qəbul etdi. Evə qayıdanda Müşfiq dinləndi:

-Əmin bizə tüfəng verəcək?

Nağı: -Hə, dogurdaneee... Əmin bizə tüfəng verəcək demişdin?

-A kişi, nə tüfəngeee? Çaşmısız? Ne vaxt dedim elə sözü? Nə vaxt dedim, tüfəng verəcək? Dedim ki, tüfəng götürə bilərik. O şərtlə ki, tüfəngin yiyəsi də bizlə gəlməlidir… Yox bir... Versin, biz də bir-birimizi vurub öldürək?

-Paaaah? -Müşfiq iki barmağını qaldırıb, gözlərini qıyıb mənə nişan aldı.-Baaaang.... Hə, mən səni öldürəcəm.

Nağı: -Birdən meşədə ayı çıxar qarşımıza. Onda vurarığda... Ya canavar…

-A kişi, nə ayı, nə canavar. Ele ayı, canavar bizı qalıb? Ayı vuran çıxmlsan?  Keçən dəfə o yuxarıda qalan qonşunun uşaqları da öz dostları ilə meşədə qalıb gəliblər…  Yox bir... Ayi elə bizi görüb... Bizi gözləyir… -bir anlıq sükutdan sonra- Həəə... Keçən dəfə Bakıdan bir avtobus 11-ci sinif uşaqları da gəlmişdi. Çöldə qalıblar... Özləri ile yorğan-döşəy də gətirib...

Nağı yenə də dinləndi. –Bilmirsən, ayıdı, canavardı həmişə bizi görürdə.

Müşfiq sinesine vuraraq. -Ala, mən ayını bir əllə qaldıraram. O canavardı, manavardı onu da... Qataram bir-birinə. Tak shto qorxmuyun uşaqlar.

-Həəə. Söz gəlmişkən… Bir dənə Azerbaycan kinosu vare. Adını da bilmirəm. Keçen dəfə Qusara toya gedəndə televizorda baxmışdim. Hardasa 90-cı illərdə çəkilən kinodur. Orda Rasim Balayev də çəkilib. Guya 3 dost olurlar. Ova çıxırlar. Rasim Balayev ovu vurmağ istəyəndə dostunu vurub öldürür. Sonra da o birindən xahiş edir ki, gunahı öz boyununa götür, özü də qorxudan qaçır gedir. Arada Nağı demişkən bu bada gedir...

Nağı gülümsəyərək: -İndi deyirsən tufəng olsa, belə olacaq?

-Yoxeee... Sadəcə söz gəlişi dedim də.

-Nağı, lazım olsa Asifi tüfəngsiz də, bogub öldürə bilərik də. Ayılara da primanka edərik.  Qalar orda... Arığ, cılız bir şeydir dəəə.

-A kişi, sənə deyirəm rus dilini bilmirsən, çıtdama heç olmasa! İndi sizi o meşələrdə azdırım siz dı baxın. –gülümsəyərək, zarafatcasına cavab verdim.

 

Danışa-danışa gəldik çıxdıq evə. Artiq axşam idi. Əmidən xahish edib, nəzərdə tutduğumuz ləvazimatları yerbeyer etdik. Əmim arvadı gecə eyvanda yanbayan yer salmışdı. Tərslikdən də işıqlar sönmüşdü.

 

Müşfiq sakitcə dinləndi: -Sabah çöldə yatacağıq. Yatmamışdan qabağ, ocağın qabağında, o kinolardakı kimi qorxulu nağıllar danışarıq...

-Nagı, yadındadır əvvəl gələndə çöldə ulduz uçuşunu görmüşdük. Müşfiq, burda gecələr işıqlar olmur deyə səma zor görsənir. Sabah gecə diqqətlə baxarsan göyə. Yəqin ulduz axmasını görərsən. Bir də gördün NLO zad gördük…

Nağı: -Hətta ağ süd yolu da görsənir.

Müsfiq: -Ağ süd yolu nədir?

-Nağı demişkən bad ki, badsan da. Ala, kosmosdakı dumanlıq.

-Nəysə… Badlar, yatın daaa. Səhər saat 5də duracayığe. Asif 6da çımırıq?

-Hə, 6da. Elə yaxşıdır da, yoxsa millətin gözünün qabağında turistlər kimi risofkalanmağ istəyirsən?

-paaaah?

-Eeee... Sənin də bu çürümüş sözün mənim beynimi xarab elədiyeee... Nə pah, pah salmısan???

-Pah sözdü ki? -Nağı dinləndi.

Müşfiq: -Nağı, pah ən zor sözdü.

Müşfiqin üzünə gülümsəyərək cavab verdim: -Müşfiq, pahıvı saxla özüvə, Nağı demişkən yat. Sabah səni təpiyliyib durğuzmuyum.

 

Müşfiq bizdən acığ çıxmaqçün dalbadal bir neçə dəfə də öz sevimli sözünü dedikdən sonra ara sakitləşdi…

Yeni dizayn )))

Avqust 22, 2008 15:58   Yazan: BLOGCU    Baxış sayı: 32

Blogumun stilini dəyişdim. Məncə bu daha da gözəldir. Həm də yeni imkanlar var. ))) Deyəsən, azəriblog sistemində belə zəngin dizayn yoxdur. ))) Çox çalışdım bunun kodlarıyla. Axır ki, düzəltdim. Birinci düşünürdüm bacarmaram. Çox qarmaqarışıq idi. Hətta bir webdizaynerə 30 manat da təklif etdim ki, düzəltsin mənimçün. Naz elədi. ))) Axır ki, özüm el-ayağını yığa bildim. )) Buyurun... Bu da bir arzu idi. Yerinı yetdi. )))

Özgələr( fəsil2)

Avqust 20, 2008 14:57   Yazan: BLOGCU    Baxış sayı: 61

Fəsil 2.
 
 
 
 

Telefonu qoydum. Axşamı o iki dostlarıma zəng etdim. 3xəttli əlaqə ilə. Biz həmişə belə danışırdıq çox vaxt. Konfrans əlaqəni aktivləşdirmişdim. Bir şeyi müzakirə edəndə belə danışırdıq.

 

-Nağı, kameranı tapdın?- sual verdim.

-Yox.- Müşfiq gülərək dinləndi.

-Ala, daha nəyə gülürsən? Guya yaxşıdır?

Nağı: -Müşfiq… Bad adam.

 

Nağının ən çox işlətdiyi fraza idi. Ən yaxşı şeyı, bir də ən pis şeyə həmişə baddır deyə cavab verirdi. Soruşanda ki, bu “bad”ın mənası nədir? Deyirdi: “bilmirəm. Dilimə düşüb deyirəm də”.

 

-Paaah... -Mushfiq telefonun o biri dəstəyində bərkdən güldü. Bu onun adəti idi. Ağzini büzərək bərkden pah” demək... Özü deyirdi ki, neft daşlarında işləməkçün oxuduğu hazırlıq məktəbində qrup yoldaşı var idi. O həmişə elə edirdi. Ondan qalan adətdir. Yaxshi şey öyrənməz bu Müşfiq də.

 

-Bəs biz kamera ilə sənədli film çəkəcəydik, həəə? –deyərək dinləndim. -Bes demirdin ki, tanışımda var?

-İndi yoxdu da . –qəribə səslə Nağı dinləndi.

-Yox idisə bunu qabağcadan niyə demirdin?

-Əcəb edirdi.-Müşfiq yenə bərkdən güldü.

-Eee. Səndə arada gedən "karotkusane". İki dəqədən bir zarafartından qalmırsan...

-Müşfiqdir de, Müşfiq… -Nagi gülmüsəyərək dinləndi.

-Paaah. –Yenə Müşfiq.

-İndi neyniyəy. Öz telefonumuzla çəkərik də.

-Dogurdaaan? –Fərqli bir səslə tez cavablandırdım. -Siz mənim telefonumun çox zaryatka saxlamadığını bilirsiz dəəə yəğin… Həəə?

-Sənin telefonunla yox. Mənim telefonumla-Nağı dinləndi.

-Sənin telefonun 2 megapikseldir, axı? Yaxşı çəekmiyəcəy.

-Neyniyəy? Sənin telefonun da zaryatka saxlamır.

-Uşağlar bəlkə mənim telefonumla çəkəy? -Müşfiq gülərək cavab verdi.

-A kişi, sən vapşe apar tulla o çürümüş telefonunu. Bir dənə çürük 6600-da qalmısan elə…

-Paaah. Öööö. Sizdə heç mənim telefonumdaaan vaaar?

Nağı: -Bad ki, bad da... Badlar...

-Deməli, sənin telefonuna qaldı daaa ümidimiz…

-Hə. Ama telefonu söndürərəm də. Lazım olanda yandıraram şəkil çəkərik, sonra söndürərəm.

-A kişi, mənlə məzələnirsəəən? İki dəğədən bir telefon söndürüb yandıracağığ?

Müşfiq: -Başqa variyant vaaar?- Fərqli bir səslə (zarafatcasına) –Başqa variyant var! Problem deyil. Lazım olsa, mənim telefonumla da çəkərik.

-Eeee. Yenə də başaldın daaa…

-O həmişə başlayır daaa -Nağı dinləndi.

Tez cavabımda: -Sən də qurtarırsan?

 

Üçümüz də gülümsədik.

 

-Başqa variyant qalmır. Nağı sənin telefonunadır ümidimiz. Mən heç aparmıyacam telefonumu… Onsuzda orda dalğa tutmur. Nə sim, nə cin, nə də ki, nar. Müşfiq də guya bizə N73 tapacaydı. Həmişə heç neye yaramamış üzə çıxırsan!

-Paaah... Ala, sənə demədim ki, o çoban gedib Naxçıvanaaa? Yoxsa, vallah alınardı. Burda mənliy nə var ki?

-Nəysə, "bratanlar"… Gedün yatun. Sabah tez durmaq lazımdır. okey-mi? –gülərək cavab verdim. –Bilirsiz də… Neftçilərdə Çuda peçkanın yanında görüşəcəyiy.

-Yaxşı. Onda sağolun. Həm də mən gedim namazımı qılım. Asif, Müşfiq, siz istəyirsizsə, danışın. Məni üzrlü hesab edin. Namazın vaxtıdır.

-Paaaah… Vapşe ta sağollaşağe. Sabah görüşəcəyiy onsuz da…

 

Hər birimiz dəstəyin bir küncündə gülümsəyərək –yaxşı- deyə sağollaşdıq. Kim bilə bilərdi ki, ne vaxtsa, belə danışığımız axrıncı dəfə olacaq? Heç birimiz bilmirik sabah bizi ne gözləyir. Nə çıxacaq qarşımıza.Hansı hadisə ilə üzləşəcəyik.

 

Üçümüz də birdən...

1... 2... 3...

 

tut tut tuut tut.

 

Hər dəfə telefonla danışıb sağollaşmağımız belə olur. Yəni 1… 2… 3… - deyib telefonun dəstəyini qoyuruq. Bu bizim özümüzə məxsus adətimiz idi.

Özgələr

Avqust 19, 2008 23:18   Yazan: BLOGCU    Baxış sayı: 47

Yazıdakı personajlar, məkanlar real həyatdan seçilib. Bilmirəm, Azərbaycan ədəbiyyatında dəhşət (horror) janrında yazan var, ya yox, amma çalışdım... nəsə... Xarici horror janrda yazan məşhur yazıçı Stiven Kingi tanıyırsız, yəqin. İndiki ən çox dəhşət, elmi fantastik kinolar da həmin yazıçının əsərləri üzərində qurulub.
Buyurun...
 

 

ÖZGƏLƏR


 
Fəsil1.

 

-Salam Bəxtiyar əmi. Necəsən? Biz sabah gəlmək istəyiriyeee. Tapdın o ovçuların yatağ dəstini? 3 dənə…

-Yox. İkisini tapmışam. Birini tapanmıram. Oğraş qonşularda olsa da, deyirlər yoxdu! Ya cırılıb, ya xarab olub. İkisi bəs eləməz?