Reklam verin!

Blogun sahibi: Asif Eminov  Subscribe to Revolution Music WordPress ThemeRSS   emailEMAIL

Gecə, sevgi şərabı və sən

Aprel 12, 2008 21:42   Yazan: blogcu    Baxış sayı: 84

Tənhalığa qapılıb
lirik musiqidə səni arayıram.
Gözlərim yaşarır, silirəm...
Amma nədənsə dayanmaq istəmir.
Məndən çox ağlayır...
Aglımdakı düşüncələr,
dərin fikrə dalıram
Səni düşünüb saniyələrimi sənə yönəldirəm,
Alınmır...

Dağıtmaq istəyirəm
səninlə kəşf etdiyim sevgini...
Yer üzündən silmək,
bomba ilə partlatmaq.
Toz halına salıb,
Küləklərə tapşırmaq...
Amma özümlə bacarmıram...
Yenə gecə gəlir...
Gecələrdən qorxuram.
Bilmərsən bu tapşırdığın gecələr
mənə nə qədər
əzab verir...
Şəklini önümə qoyub,
Qara rəngdə fikirlər,
ağ rəngdə olan xəyal adlı işıq...
İşıq şəkilini yarım kölgəsiylə bəzəyir,
göndərdiyin bu gecə
vəhşi tək məni udur.
Bu qaranlıqda ağlayıram.
Bu isti göz yaşlarım nədənsə
buxarlanmaq əvəzine donur...
Lənət olardı səni gördüyüm ilk ana!!!
Neynədin?!...
Kaş sənin süzdüyün
o sevgi şərabını içməzdim
Kaş zəhərlənərdim
bu şərabı içərkən...
Ölərdim ki,
hər gecə sənin barına tələsib
o şərabdan dadmıyım...
Gəlirəm, özümdən asılı olmasa da
Dadıram...
Sərxoşluğu pencəyimin içəri cibinə qoyub
yollayırsan evə...
Getmək istəməsəm də
cangüdənin olan gecələr
məni qovur...
Bir anlıga oyanıram...
Hər yer işıqlı...
Nə şəklın qalıb, nə qaranlıq...
Sən demə səhər aşılıbmış...
... İstəmirəm bir də gecə olsun...
... Yox... İstəyirəm...
Axı, səninlə məni gecə görüşdürür...
Yox... Yox... Yox...
İstəmirəm bir de gorum seni...
... amma ne faydasi,
Gecələri sən göndərirsən...
Məndən asılı olsaydı
günəşi batırmazdım...

 



Şərh yazın




shocked smile evil grin question lol rolleyes mad wink razz confused redface cool suprised cry sad

captcha