ƏN GÖZƏL ŞERİM
Aprel 16, 2008 19:44 Yazan: blogcu Baxış sayı: 66
Sən-
sonsuz gecələrim
Bu gecələrin içində
Gizlənən həsrətim
Həsrətimdəki göz yaşım.
Sən-
yarımçıq diləklərim
Bu diləklərin pöhrələndiyi
görüş yerim
Bu yerlərdə dolaşan
Dəli hisslərim.
Sən-
sevgi kitabxanam
Ən çox sevdiyim əsər
Ən çox oxuduğum sətir
Ən çox təkrarladığım ad.
Sən-
taleyimə yazılan
ən gözəl şerim.































