Pərvizin "Ayr. 96%" şeirinə...
İçdim-içdim
Dəlilər kimi kölgəmi izlədim
Düşündüm sənsən.
Çatdım köhnə şəhərə…
İçdim-içdim
yıxıldım
Könhə şəhərin
Zibil qucağına…
Səhər də
Zibil maşınlarıyla
Köhnə tində oyandım…
İçdim-içdim…
Soruşma niyə
Səbəbini bilirsən…
Səni gözümdən
salmaq
Bir şüşə arağa
Qurşanmaq kimi bir şey…
İlk əvvəl belə düşündüm…
Səni gözümdə
Bu qədər qalxızıb
Xəyanətini görmək
Bir şüşə arağla
Ölmək kimi bir şey..
Sonunda belə öldüm…
(Pərviz yəqin incimərsən. Şeirini oxudum, ilham pəriləri üstümə hücum elədi. Mən də bacarmadım, yazdım... )

















Yağışla gəl
Ayrılaq 


kategoriyasında yer alsa da, 

Q 

