Welcome to my blog

Olan və Bitən
Reklam verin!

İçdim-içdim

Pərvizin "Ayr. 96%" şeirinə...


 

 

 

İçdim-içdim

Dəlilər kimi kölgəmi izlədim

Düşündüm sənsən.

Çatdım köhnə şəhərə…

İçdim-içdim

yıxıldım

Könhə şəhərin

Zibil qucağına…

 

 


Səhər də

Zibil maşınlarıyla

Köhnə tində oyandım…

İçdim-içdim…

Soruşma niyə

Səbəbini bilirsən…

Səni gözümdən

salmaq

Bir şüşə arağa

Qurşanmaq kimi bir şey…

İlk əvvəl belə düşündüm…

Səni gözümdə

Bu qədər qalxızıb

Xəyanətini görmək

Bir şüşə arağla

Ölmək kimi bir şey..

Sonunda belə öldüm…

 

 
(Pərviz yəqin incimərsən. Şeirini oxudum, ilham pəriləri üstümə hücum elədi. Mən də bacarmadım, yazdım... )
Baxış sayı: 121

Açar sözlər: alcohol araq içdim-içdim 

Illustrations

Mənbə deviantart.com ... ardında bir neçə maraqlı şəkillər...


Baxış sayı: 54

Açar sözlər: illustrasiya art deviantart abstract 

Modern satira (yaz gəldi, yonca bitdi…)

Yaz gəldi

Gün çıxdı

Qarlar əridi

Yollar palçıqdan azad oldu.

Sonra da

Köhnə parkda

Yonca bitdi.

Gördüm

sevdim

dərdindən öldüm.

O da məni sevdi…


Sonra da

Görüşdük

Gəzişdik

sevişdik…

Sonra da

Eşşək gəldi

Yoncamı yedi getdi…

Tərs-tərs üzümə baxdı

Sənin də sözünə…

Beləcə inandin

Onun iri

domba gözüne…

Bülbül buna söz tapmadı

(şokdaydı).

Qarğalar qarıldadı

Qulağıma səs gəldi

ki,

Kosalar keçəllə məzələndi

Eşşək də sənlə…

Səni yaxşıca yoncaladı

Sonra da

atdı getdi…

Ey mənim yoncalanmış sevgim

Məni deyib gəlibsənmi?

Gözlərim ki, iri deyil

Məni eşşək sayırsanmı?

Baxış sayı: 44

Açar sözlər: yonca satira 

Yağışla gəl

Yağışla gəl

 

 

Bugün yağış yağacaq

Toxunacaq

tər pəncərəmə

Barmağımla çəkdiyim

Ürəyimə qonacaq.

Olduğumuz  şəhərdən

Xatirələr gətirəcək

İçində də sən…

Bilirəm…


Onda

tez eynimi geyinib

Sevincək uşaq kimi

qaçacam çölə.

Əlimi açıb

Baxacam

göy üzünə.

Əllərimə

saçlarıma

gözlərimə

Yağmağını gözləyəcəm.

Neçə ildir toxunuşuna həsrətəm…

Bilirsən…

 

*****

 

Ayrılaq

 

Biz bir mövsümlük yaşadıq

Yağışla doğulduq

yağışla da ölək.

Nə sən məni

nə mən səni

Axtaraq.

Unudaq olanları…

Sən bu yana

mən o yana

Yolumuz iki olsun

Ayrılaq

gedək…

Xatirələr qalsın

bu dar küçələrdə.

Bəlkə bu son yağış yuya.

 

Baxış sayı: 138

Açar sözlər: ayrılıq yağış 

Qısqanc sevgilim

Qısqanc sevgilim

 

Bu gecə yoxsan...

Ürəyimdəki sızıltıya

Çəkmədiyim sigaretlə

baxsam

İçimə alsam

Tüstülü gözlərimdə

Xəyalını çəksəm

Yanımda hiss etsəm

seni.

Sənsiz gecəmi

Belə keçirsəm…

Səhər olan kimi

Məni görən kimi

Qışqıracaqsan:

“Yenə sigaret çəkmisəəən”?


Bu gecə darıxsam

Evimizin damına çıxsam

Səhərə qədər

ulduzların axmasını

Axtarsam.

Tapınca

İkimizə arzu tutub

Qovuşdursam

böyük ümidlə…

Səhər olan kimi

Məni görən kimi

Qışqıracaqsan:

“Gecə başqasının yanında olmusaaan”?

 

*****

 

İlhamsız şeir

 

Göy, qırmızı, qara

hərdən yaşıl qələm

köhnə dəftər

ağ vərəq…

Sirdaşım.

Nakam sevgilər

"eqo"ma etiraz

azadlığın son pilləsi

və s…

Savaşım.

Titrək barmaqlarım

Sərxoş fikirlərim

əyri-üyrü yazılarım…

Düşüncələrimlə müqaviləm.

Bu da barışım…

İlham pərilərim məndən küsüb

Yazılarım yetim qalıb.

Baxış sayı: 117

Açar sözlər: qısqanc ilhamsız 

Heç bilirsən?

Mənə də şeir bəslə deyirsən.

Bəs bilirsən ki,

hər şeirim

Bir qıza bəstələnib?

Bilirsən ki,

hər şeirimdə

Bir qız yalvarır?

Bilirsən ki,

hər şeirimdə

Öz rəngli həriflərimlə

xatirələr çəkmişəm?

Bilirsən ki,

hər şeirimdə

Bir ömür məhkum etmişəm?

Heç bilirsən?...


Bəs bilirsən ki,

Bunun üçün

sən seçilməli

sevməli

sevdirməli

gözlərimə baxa-baxa

Əlvida deməli

ayrılmalı

getməli ki,

Kağızlarda əbədi izin qalsın...

Baxış sayı: 74

Açar sözlər: heç_bilirsən 

Artıq "Digg"də

Bugün öz blogumu məşhur Digg.com saytında yerləşdirdim. Hmmm. Necədür siziyçün?


Baxış sayı: 52

Açar sözlər: digg olan-biten 

Hər gecəm (melanxolik gecələr)

Hər gecəm

Qulagıma pıçıldayan

rock mahnılar.

Hər gecəm

depressiya.

Hər gecəm

Həyata nifrət.

Hər gecəm

Pauzalar dolu baxışlar.

Hər gecəm

Sənsizliklə barışmayıb

Əllərim üzümdə

hönkür-hönkür

Ağlayışlar.


Hər gecəm

Tanrıya etirazım.

Hər gecəm

Yoxluğuna nöqtə qoymaq

Ölümü arzulamaq.

Daxilimdəki əbədi sevgini

Basdırmaq zülmət gecələrdə.

Hər gecəm

Daha da sevmək səni…

Sonra…

Sakitləşmək

Sonra…

Yuxularda görmək istəyiylə

Gözümü yummaq

hər gecəm.

Baxış sayı: 89

Açar sözlər: melanxolik_gecələr 

Blogumuzun uğuru?

Bugün "Ən maraqlı keçidlər" bloguna girəndə oradakı bir yazı diqqətimi cəlb etdi. Cybernetic Analytic System saytinin websaytlarin reytingini müəyyənləşdirməsi. Məndə yoxlamaq qərarına gəldim və nəticələr bələ alındı.Gördüyünüz kimi bu blog gümüş31-ci kadr da (reytingdə yeri 1663)worldscience blogum da (reytingdə yeri 1662) 1450.5 balla qızıl kategriyasında yer aldı. Amma maraqlısı odur ki, 1066.5 balla blogcu gümüş (reytingdə yeri 30493) kategoriyasında yer alıb. Bəlkə siz də yoxlayasız? Bir aydan yenə yoxlayacam. Baxım artım olacaq? Təbəssüm kategoriyasında yer alsa da, Sayta daxil ol və yoxla.


Baxış sayı: 58

Açar sözlər: cybernetic-analytic-system analysis cyber 

Peşimançılıq

Peşimançılıq

 

Artıq yaydı

Havalar isti keçsə də

Sənin soyuqluğun

hələ də üşüdür məni…

Düzdür səhv etdim

Sən ola-ola

Başqasını tapdım.

Vaxtım yoxdur deyə

kəsə cavablarla

Səni evinə ötürüb

Başqa görüşlərə getdim.

Başqa əllər tutdum.

Həmişəki kimi

mobilnimə baxanda

Qoymadım.


Qorxdum

Ona yazdığım mesajları görərsən

Qorxdum

Bitər eşqimiz…

Bəlkə də

şübhələnmişdin.

Bəlkə də

bilmişdin

Həyatımda başqa birisi də var.

Bəlkə də

Məni bu qədər sevdiyinçün

Hər şeyə göz yumub

O heqiqi şübhələri

Ürəyindən silmişdin…

Bəlkə də…

Bir gün gördün.

Bir gün bildin.

Bir gün

sinəmə vura-vura

ağlaya-ağlaya

Hər şeyə son deyib

Çönüb getdin…

Yoxluğunu duyunca

Gözlərimə daraşdı xatirələrin

Qaldım onlarla…

 

*****

 

Çəkib qurtarınca

əzdiyim siqaret

ömrümü qızdırar.

Tənha ayaq izlərimi

dondurar

Üşüyən parkın asfaltı.

Bugünün soyuğu

Məni sənə yox

Nazik pencəyimə bürüsə də

Əllərim cibimdə

Yenə səni gözləyirəm.

Yenə səni izləyirəm

addım-addım.

Baxış sayı: 92

Açar sözlər: peşiman 

H.O.S.T Alliance- Qarada Qirmizi

H.O.S.T Alliance- Qarada Qırmızı albomu artıq satışda... Kimlər H.O.S.T-u tanımırsa, özləri demişkən indi vaxtıdır. Gəlin birləşək.

                   Q

                   A

                   R

                   A

                   D

                   A

               Q

               I

               R

               M

               I

               Z

               I

 


Baxış sayı: 141

Açar sözlər: h.o.s.t qarada-qirmizi album alliance 

Olmayan sevgimə...

Hər görüşə gələndə
Gözlərində sevincini görməyim,
üreyimə yol açar.
Alıb məni-məndən
Qaçar uzaqlara…
Yanıb-sönən
qara gözlərinin
Parıltısı var gözlərimdə
Baxdıqca xoşbəxtlikdən
Dolduğum…
Şıltaq hərəkətlərinlə
nazlı-nazlı gülümsə
Balaca, incə dişlərinə
Qurban olduğum…


“Sevgilim” qışqırıb,
Əllərini göyə qaldırınca,
Hicranlı simanda
Mənə olan sevgini
görüncə,
Yarpaq tək
Sərxoş enişə bənzəyir
Həyacanlı duruşum…
Ayağın altdakı
izimi tapdala.
Daxilimdəki həyacan dalğasını
alzalt
Dayanammıram…
Sevgilim,
Yuxulu, oyaq
Mənə sevgi laylasını çal…
Sevginlə böyüyən uşağam
Tumarla
daraq dəyməyən saçımı
Bəslə, böyüt
ömrün boyu…
Bax belə…
Baxış sayı: 79

Açar sözlər: olmayan-sevgime 

Prezervativlərin tarixi...



 

Prezervativlərin 4000 il yaşı vardır. Tarixi qeydlərə görə ondan hələ Misir fironları, Roma əhalisi istifadə edirdi. Qədim prezervativlər indiki kimi lateksdən yox, bagırsaqdan hazırlanırdı. Onlar əsas etibarilə hamiləlikdən qorunmaqçün yaradılırdı. Ona görə də onlardan bir dəfə yox, bir neçə dəfə istifdadə edilirdi. "to presreve" ingiliscə müdafiə etmək mənasını daşıyır. "Kondom" sözünün isə öz tarixcəsi var.

Bir efsanəyə g&oum