Texasdan olan Amerikalı tədqiqatçı Mayk Syuy qədim çin heroqlifi olan “tszyaquven” ixtirasının yüzillik yubileyi ilə bağlı simpoziumda sensasiyalı bir ehtimalla çıxış etmisdi.
Məsələ burasındadir ki, çinlilər ola bilsin ki, Kolumbdan 2500 il əvvəl Amerikada olublar. Simpoziumda Mayk Syuy Mərkəzi Amerikadan topladığı 300 qədər Qədim hind heroqliflərini alimlərə nümayiş etdirmişdir. Bu yazılar qədim çin yazıları ilə çox böyük oxşarlıq təşkil edir. Amerikalı hindli tayfalara məxsus olan qab-qacaqlarda, bir sıra bəzək əşyalarında və daşdan düzəldilmiş predmetlərdə piktoqrammalar təsvir olunmuşdur. Bunlar çin yazılarina çox bənzəyir və Günəş, səma, yağış, su, məhsul və bu kimi digər anlamları təcəssüm etdirir. Qədim çin səlnamələrində guya belə bir fakt təsvir olunub ki, Şan sülaləsinin süqutundan sonra (təxminən e.ə XVI – XI əsrlər) axrıncı hökümdarın oğlu öz sülaləsinin nümayəndələrini bir yerə toplayaraq Şərqə yollanmışdı. Bununla bağlı bəzi alimlər onu da inkar etmir ki, bu qədim çinlilər Şimalı Amerikaya Berinqdən keçmişdir. Bir sıra mütəxxəssislər, o cümlədən Harvarddan olaq professor Ekholum özlərinin mədəni əlaqələrin inkişafı nəzəriyyəsində bildirirlər ki, Asiyadan çıxan insanlar Kolumbdan qat-qat əvvəl Amerikaya gəlmiş və bun qitədə ilk sivilizasiyanın təməlni qoymuşlar.
AMERİKA 25 ƏSR ƏVVƏL TAPILIB
Baxış sayı: 54
Açar sözlər: amerika






