Welcome to my blog

Olan və Bitən
Reklam verin!

YADPLANETLİLƏRİN AXTARIŞINDA

 

Bekli Universitetinin astrofiziki Devid Andersonun sözlərinə görə hal-hazırda yerdənkənar sivilizasiyanın axztarışında tətbiq olunan ən başlıca metod kosmosdan gələn radio siqnalların qeydiyyat və analizidir. Bütün informasiyalar Puerto-Riko adasındakı Aresibo rayonundakı yerləşdirilmiş dünyanın ən nəhəng radioteleskopundan daxil olur. Alimlərin başlıca vəzifəsi kütləvi radiosiqnalların axınından yalnız gəlmələr tərəfindən göndərilənləri seçib götürməkdir. Lakin nəhəng ölçüyə malik informasiya axını ilə bacarmaq hətta ən güclü super kompüterlərə də nəsib olmur. Buna görə də Devid Anderson evində şəxsi kompüteri olan bütün insanlara müraciət etmiş və onlara yerdənkənar sivilizasiyaların axtarışında yaxından iştirak etməyi təklif etmişdir. Bunun ücün hər şey – internet şəbəkəsinə qoşulma və xüsusi praqramda hazırlanmışdır. Anderson bu sistemin nece işlədiyini belə izah edir: “Radioteleskopdan daxil olan informasiya, hər birində təxminən dörd meqabayt olan paketlərə avtomatik olaraq həmin proqramı öz kompüterinə yükləmiş İnternet istifadəçilərinə ötürülür. Bundan sonra onların kompüterleri bir-iki gün ərzində alınan informasiyaları analiz edir və sonra yenidən avtomatik olaraq, əldə edilmiş nəticələri mərkəzi serverə göndərir və eyni zamanda növbəti məlumatlar paketini tələb edir”. Andersonun bu ideyası kopüter aləmində geniş əks səda doğurur: Hal-hazırda onun proqramı ilə 350 minə yaxın kopüter istifadəçisi işləyir. Bu layihəni işə salmaqla, özünün etiraf etdiyi kimi, müəllif o cür nəhənh uğur haqqında heç düşünməmişdir. Bu möhtəşəm layihə maraq o qədər böyükdür ki, heç də hamı bunda iştirak edə bilmirlər. Belə ki, universitet serveri, demək olar ki, həmişə yükləmiş olur.

 

ps: əgər sizdə bu proyekte qoşulmaq istəyirsizsə, bura ( http://setiathome.ru/) daxil olun. Şən

 


Baxış sayı: 66

Açar sözlər: setiathome 


1
VUQAR yazıb:

QASHANQ BLOQDUR UGURLAR SANA
cool

May 4, 2008 20:53

2
Ruzigarim yazıb:

Valideynlərim astronomdurlar.
Yadplanetlilər haqqında nağılları çox eşitmişəm. Amma mənim öz nəzəriyyəm var wink
PS: Məncə kosmosda radiodalğa axtarışı mənasız bir şeydir.

May 9, 2008 18:09

3

Ruzigarim, amma mence var. cunki kainat, adi bizim qalaktikamiz o qeder boyukdur ki. orda o qeder ulduzlar var ki. adi tek bizim ulduzumuzun, yeni guneshin etrafinda 9 planet (muasir melumatlarda 8 gedir) var. ola bilmez ki, o nece minlerle ulduzlarin etrafinda olan planetlerde heyat olmasin. anlayirsan bunu?

May 9, 2008 19:15

4
Ruzigarim yazıb:

Əlbəttə anlayıram. Axı dedim mənim buna dair öz nəzəriyyəm var.
Sadəcə düşünmürəm ki, onlar hardasa oturub radiodalğa kimi primitiv texnologiyalarla dəcəllik edirlər wink

May 9, 2008 20:09

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha