Welcome to my blog

Olan və Bitən
Reklam verin!

ƏBƏDI HƏYAT AXTARIŞINDA

 


 

Qocalıq elə bir xəstəlikdir ki, onu yalnız gen mühəndisliyinin köməyilə müalicə etmək olar. İndi ölümsüz həyatı təmin etməklə insan ömrünü uzatmağa nail olmaq üçün alimlər baş sındırır.

Gen mühəndisliyi sahəsində aprılan elmi araşdırmalar çox böyük sensasiyalara, qalmaqallara səbəb olmuş və bu fikrin düzgünlüyünü sübut etmək üçün çoxlu sayda eksperiment aparılmışdır. ABŞ-dakı Con Hopkins adına Universitetin bir qrup alimi yaponiyalı həmkarlarının eksperimentlərini eynilə təkrar etmişlər. Nəticədə insan ömrünü uzatmağa imkan verən genin tərkibi müəyyən edilmişdir. Onu yunan ilahəsi Klotonun şərəfinə “Kloto” adlandırıblar. Bu genə yeni doğulmuş uşaqlarda rast gəlmək olar. Bütün bədən kütləsinin 1 faizə qədərini təşkil edən bu genlər bir cüt olur ki, onlari da uşaqlar öz valideynlərindən alırlar. Eksperimental olaraq sübut edilmişdir ki, 65 yaşına çatmış adamlardan  təxminən 1 faizə qədərində kloto geninə təsadüf olunur. Amerika alimləri müxtəlif etnik qruplara aid olan minə yaxın insan arasında araşdırmalar aparılır və məlum olur ki, təcrübə üçün ev siçanlarından istifadə etdikdə onların ömrünü on illərlə uzatmaq olar.

Professor Hel Deytsin dediyinə görə, kloto geninin xüsusiyyətlərini tam şəkildə öyrənmək üçün ətraflı eksperimentlər aparılmalıdır. Məhz bundan sonra ola bilsin ki, həmin genlərin xəstələrə necə təsir etdiyini bilmək olar. Rusiya Elimlər Akademiyasının Fizika İnstitunun alimlərinin gəldikləri elmi nəticələrə görə, qocalmanın sirrini məhz hüceyrələrin tərkib hissəsi olan DNT-də (dezoksiribonuklein turşusu- hüceyrənin tərkib elementidir) axtarmaq lazımdır. Məhz DNt-nin quruluşunun pozulması hüceyrələrin korlanmasına səbəb olur ki, bu da son nəticədə qocalmaya gətirib çıxarır. Təbii ki, belə bir korlanmış hüceyrəyə malik olan hər bir insan həmin genləri özündən sonrakı nəsillərə də keçirə bilər. DNT quruluşunun pozulımasına səbəb olan zərərli faktor isə radioaktiv şüalanmadır. Adi halda isə bütün sağlam insanların DNT-si sabit və dayanıqlıdır.



Bir şeyi də qeyd etmək lazımdır ki, heç də qocalmanın bütün səbəblərini DNT-də axtarmaq olmaz. Çünki bu, bir çox amillərdən də asılıdır. Bele ki, drozofil milçəkləri üzərində aprılan eksperimentlərdən sonra alimlər belə qənaətə gəliblər ki, sinir hüceyrələrinin DNT-si ilə əlaqədar baş verən bütün dəyişikliklər drozofil milçəklərinin vaxtından əvvəl məhvinə gətirib çıxarır. Xatırladaq ki, hələ ötən əsrin 60-ci illərində Rusiya EA Biokimya və Fizika İnstitunun bioloqu, professor Aleksey Olovnikov insan orqanizmini təşkil edən hüceyrələrin qocalması mexanizmini izah etmişdir. O, sübutlarla göstərmişdir ki, Hüceyrələrin 50 faizə qədəri tam olaraq özünü ikiləşdirmək qabiliyyətinə malikdir. İkiləşmə zamanı isə xromosonların telomeraza adlanan son hissəsi özünü yaratmaq qabiliyyətinə malik olmur. Belə bir “səhv” getdikcə dərinləşir ki, bu da hüceyrələrin bölünməsinin bəzi hallarda düzgün getməsinə mane olur. Əmələ gələn yeni hüceyrələr isə qeyri normal olduğu üçün tezliklə məhv olur.

1998-ci ildə məşhur “Neron” firamasının tədqiqatçıları eksperiment olaraq A. Olovnilkovun irəli sürdüyü hipotezin doğruluğunu sübut etdi: onlar tədqiq olunan bədən hüceyrəsinə əvvəlcədən bədəndə sintaz edilmiş süni telomeraza fermenti daxil edirlər. Bu isə tezliklə bölünən hüceyrələrin sayını təxminən iki dəfə artırmışdır. Daha dəqiq desək, həmin hüceyrələrin yaşama müddətini uzatmaq mümkün olub. Doğrudur, hələ vaxtilə məşhur akademik Y. Sverdlov da birmənalı surətdə təsdiq etdi ki, əgər hər bir hüceyrədə olan bəzi müstəsna halları aradan qaldırmaq mümkün olarsa, onda qocalmaya qarşı heç bir dərman vasitəsindən istifadə etməyə ehtiyac qalmaz. Bunun nəticəsində isə ölməz hüceyrələr əldə etmək olar.

Baxış sayı: 99

Açar sözlər: dna 


1

Salam, Безумец! Sizi "Sira səndə" bloqçulararası oyununda iştirak etməyə dəvət edirəm. Buyurun, sira sizdədir!

May 9, 2008 15:50

2
Ruzigarim yazıb:

Salam, həkim həmkarım!
Maraqlı məlumata görə çox sag ol.
Amma bu "kloto" məsələsini tam anlamadım
sad

May 9, 2008 18:03

3

Ramin, çox sağol. redface

Ruzigarım, sadəcə bu qocalıq genin elmi terminologiyada adı "kloto"dur. smile ps: sən də həkimsən? suprised

May 9, 2008 18:08

4
Ruzigarim yazıb:

Bəli!
Həkim terapevt.

May 9, 2008 20:07

5

Hmm. cox shad oldum. grin

May 9, 2008 20:10

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha