Alimlər “Allahın hissəciyi” axtarışında. LHC
Sentyabr 8, 2008 17:38 Yazan: blogcu Baxış sayı: 10
Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir. 
LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə
ərazisində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. Maqnitlər 1.9K (-271C) temperaturda işləyəcək. LCHda 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS ve CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlyun plazmasının və kvark-qlyun mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etməkçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir.

LHC-nin məqsədi.
XX əsrin başlanğıcında fizikada başlıca iki nəzəriyyə teşkil edirdi: Enşteynin nisbilik nəzəriyyəsi. Hansi ki, kainatı makro səviyyədə təsvir edir və sahenin kvant nəzəriyyəsi. Hansı ki, kainatı mikro səviyyədə təsvir edir. Problem də ondadır ki, bu iki nəzəriyyə bir-biri ilə uzlaşmır. Məs: Qara dəlikdə gedən prosesləri daha dəqiq bilmək üçün, iki nəzəriyyə də lazımdır. Amma onlar ziddiyət təşkil edir. XX əsrin ikinci yarısında fiziklər standart modeli yaratdılar, hansı ki, 4 fundamental təsirlərdən 3-ü özündə birləşdirdi: güclü, zəif və elektromaqnit. XX əsrin sonlarında fiziklər 4 fundamental təsiri
bir araya gətirəcək yeni bir nəzəriyyə yaratmaq istədilər. Amma gravitasiya təsirini Standart modelə daxil etməkdə çətinlik çəkdilər. Buna görə də indiki dövrdə fiziklər bu fundamental təsirləri iki əsas nəzəriyyə ilə izah edirlər: nisbilik nəzəriyyəsi və standart model. Kvant gravitasiyasının yaradılmasında ortaya çıxan çətinliklərə görə onların birləşdirilməsi hələ ki, alınmayıb. Alimlər gələcəkdə bu fundamental təsirləri birləşdirmək üçün bir neçə yanaşmadan istifadə etməyi qərara gəliblər: Strun nəzəriyyəsi, Bran nəzəriyyəsi, M-nəzəriyyə. Lakin bu nəzəriyyələr eksperimental olaraq sübut olunmadığı üçün problemli qalır. Eksperimentlərin reallaşması üçün çox böyük enerji Lazımdır. Bu da artıq LCH vasitəsilə elde olunacaq.
Top-kvarkların öyrənilməsi
Top-kvark indiyə qədər açılan ən ağır kvark, ən ağır elementar hissəcikdir.Tevatronun axrıncı nəticələrinə görə onun kütləsi 171± 2.1 QeV-dur. Özünün böyük kütləsinə görə top-kvark ancaq Tevatron sürətləndircisində müşahidə edilir. Başqa sürətləndiricilərdə isə onun yaranamsı üçün lazım olan enerji yoxdur. Bundan başqa top-kvarklar fiziklərə həm də Hiqqsin bozonlarını (Allahın hissəciyi) öyrənməkçün "iş aləti kimi" lazımdır.
Hiqqsin mexanizminin öyrənilməsi
LHC proyektinin əsas məqsedlərindən biri də Standart modelə (SM) daxil olan Hiqqs bozonlarının eksperimental olaraq sübut olunmasıdır.
Kvark-qlyon plazmasının öyrənilməsi
LHCda təkcə proton-proton toqquşması yox, həm də qurğuşun nüvəsi ilə toqquşmalar da həyata keçiriləcək. İki ultrarelyativistik nüvələrin üzbəüz toqquşması nəticəsində, sıx və çox isti nüvə kütləsi əmələ gəlir. Bu hadisənin daha dərindən öyrənilməsi (kvark-qlyun plazmasının əmələ gəlməsi və soyuması) nüvə fizikası və astrofizika üçün yararlı ola bilər.
Supersimmetriyanın axtarışı
Bu eksperimentin nəaliyyətlərində biri də supersimmetriyanın mövcüdluğunun sübut olunması və yaxud təkzib olunması ola bilər. Supersimmetriyaya görə, hər hansi bir subatom hissəciyin özündən ağır partnoyoru və yaxud superhissəciyi var. Böyük adron kollayderi bu hisseəciklərin olub-olmadığını sübuta yetirəcək, hansı ki, əvvəllər enerji catışmazlığı ucbatından bu eksperimentləri aparmaq mümkün deyildi.
Foton-adron, foton-foton toqquşmasının öyrənilməsi
Hər bir proton elektrik yüklənmiş olur, buna görə deə ultrarelyativistik proton, ətrafında real foton dumanlığı əmələ gətirir. Bu foton dumanlığı nüvə toqquşmaları zamanı daha da güclənir. Səbəb də nüvə toqquşmaları zamanı, hər bir nüvənin enerji ehtiyatının artmasıdır. Bu fotonlar qarşıdan gələn protonla toqquşa bilər, bunun nəticəsində də foton-proton toqquşması əmələ gelir və yaxud protonların ətrafındakı fotonların bir-biri ilə toqquşmasi prosesi baş verir.
Alimler həm də LCH-da Standart modeldən kənarda baş verən prosesləri, W və Z-bozonları, ağır kvarkların (b və t) yaranması və yox olması kimi
Prosesləri də öyrənmək fikrindədirlər.
Kollayderin işə salınması 10 sentyabr 2008ci ilde nezerde tutulub.
Mənbə: wikipedia
Qeyd: Bəzi alimlərin fikrincə, LCH işə salındıqda, mikroskopik qara dəliklərin yaranması zamanı subatom hissəcikləri özünə sormaq qabiliyyətinə malik olacağını bildirirlər. Alimlər bunu "kvant teleportasiyası" kimi də izah edirlər. Hətta bəzi tədqiqatçılar kvant teleportasiyasını zaman maşını kimi anlayır, bu səbəbdən bəzi alimlər LCH-ın işə salınmasını ilk zaman maşının yaranışı kimi də qeyd edirlər. Əgər zamanla səyahət realdırsa, onda belə çıxır ki, 2008-ci il keçmişə zamanla səyahətin birinci ili olacaq. Bəzi alimlər isə düşünürlər ki, yaranacaq mikro qara dəliklər birləşərək iri qara dəlik yaradacaq.Bu qara dəlik də yer kürəsini özənə soraracaq. Bu da dünyanın sonu. ))) Ona görə də bu alimlər bu kollayderi Böyük adron kollayderi yox, axrıncı adron kolayderi (Last Hadron Collider) adlandırırlar. )))
Əlavə oxu:
http://www.1tv.ru/owa/win/ort6_main.main?p_news_title_id=124303&p_news_razdel_id=4
Официальный короткий технический отчёт CERN от 2 июля 2008 года
LHC synchronization test successful
Второй тест системы инжекции прошёл с перебоями, но цели достиг
ЦЕРН:Пресс-релиз запуска коллайдера
Через неделю запуск Большого адронного коллайдера можно будет увидеть в прямом эфире
The Potential for Danger in Particle Collider Experiments
Dimopoulos, S. and Landsberg, G. Black Holes at the Large Hadron Collider. Phys. Rev. Lett. 87 (2001)
Blaizot, J.-P. et al. Study of Potentially Dangerous Events During Heavy-Ion Collisions at the LHC
LHC Safety Assessment Group. Review of the Safety of LHC Collisions
Эдриан Кент. Критический обзор оценок рисков глобальных катастроф
Какова вероятность катастрофы на LHC?
Судный день
Asking a Judge to Save the World, and Maybe a Whole Lot More
Объяснение того, почему БАК будет безопасным
Учёные обнаружили в космосе природный ускоритель частиц
Червоточина во времени
Time travellers from the future «could be here in weeks»
Запуск коллайдера — отрывок из фильма BBC «Конец света» (англ. End Day), реж. Гарет Эдвардс, 2005
Təbəssüm
Sentyabr 5, 2008 13:25 Yazan: blogcu Baxış sayı: 28
Bu şəkili İsmayıllıya gedəndə çəkmişdim. Məncə gözəl şəkildir. Sizin də şərhlərinizi görmək xoş olardı.
Wordpress theme _Paper stil
Sentyabr 4, 2008 23:08 Yazan: blogcu Baxış sayı: 16
Salam, əziz oxucular. Bir daha bloguma gəldiyiniz üçün təşəkkür edirəm.
Keçək əsas məsələyə...
Ola bilər kimilərsə azəriblogun admini Fərhad qardaşın yaratdığı 40 stildən özünə lazım olanı tapıb ( mənim də bəyəndiklərim var.
). Amma yəqin ki, bəziləri tamam fərqli dizaynlar axtarışındadiır. Zövqlər müxtəlifdir... Bir çoxları isə htmldan yaxşı anlamadıqları üçün gördüyü hansısa stili öz bloguna uyğun yığa bilmir və yaxud çətinlik çəkir. Nəticədə isə səhifədə çoxlu səhvlər ortaya çıxır. Bugündən calışacam azəriblog sisteminə uygunlaşdırğım stilləri sizlərə təqdim edim. Gördüyünüz bu Wordpress 2.6 stilllərindən olan Paper stili sadə və orijinalığı ilə seçilir. Həm də yüngül olması ilə. Yəni səhifələrin tez açılmasi ilə... Bu stili azəriblog sistemindəki hər bir bogçu istifadə edə bilər. 2 sütunlu, mavi paper stili... Əgər kimsə bu stili beyənib, öz bloguna yerləşdirmək istəyirsə, şərhlə muraciət etsin.
Amma...
Amma bununlar iş bitmir. Əgər kimsə, qoyacağım hansısa stilidən istifadə edrisə, istərdim ki, həmin blogda dost bloglara ve keçidlərə elavə olunum. ))) Bu da olsun, blogçunun mini reklamı. )))
Çox yaxın zamanlarda sizləre azəriblog sistemi sayesinde öyrəndiyim html kodlar haqqında da məqaleler təqdim edəcəm. Ümid edirəm ki, az da olsa köməynizə çatacaq.
Bu şəhərin günahı
Avqust 25, 2008 21:54 Yazan: blogcu Baxış sayı: 158

Bu şəhərin
gözü qaranlıq şoselərində
Sənin kölgən görünər.
Bu kölgən də
Gecəni çöldə qalmaqdan qorxub
Maşın təkərlərinə yalvarar...
Hər gecə
Dabanı əyilən ayaqqabıların
Ayaqların altında əzilən
namusuna işarədir.
Damla-damla
bu gecənin yollarına tökülər...
Bu şəhərin
restoranları
binaları
səsini eşidən
arvad, uşağı olan
qonşu kişi də
Günahına batan istəklərdir...
Hər gecə
Sənin ucbatından
Bu şəhərin günahları
günü-gündən
Dayanmadan böyüyər...
Birdəfəlik çıxıb getsən
Bəlkə onda
bu şəhər
Günahından azad ola...
Yağışlı xatirələr
Avqust 25, 2008 21:49 Yazan: blogcu Baxış sayı: 64
Yağışlı havalar istəyirəm
Köhnə pəncəyimi geyib
Əllərim cibimdə
Yenə gəlim
binanıza sarı.
Titrək-titrək
Pəncərənə boylanım.
Səni görcək
Həsrətim sənlə dolsun.
Sevinim yenə...
Tez pəncərəni örtüb
Utancaq gözlərinlə
Gizlin-gizlin boylan
Sən də...
Beləcə baxışaq yenə
Sən yuxarıdan
Mən aşağıdan.
Bunu da bir görüş sanıb
günümüzlə beləcə barışaq
yenə.
Oğurluq!!!
Avqust 23, 2008 20:46 Yazan: blogcu Baxış sayı: 127
Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub.
http://sensizolmaz.azeriblog.com/2008/08/15/sensizlik-depressiyasi blogumun daimi olxuculari ve meni taniyanlar bilir ki, sensizlik depressiyasi mene mexsusdur. Demirsen ki, bashqa menbedir? Menbeni goster. Baxim hansi ... menim sheirimi bu gune salib!!!
bu da senin mene yazdigin sherh!
============================
Oxucular, xahish edirem. Bu movzuya fikirlerinizi bildiresiz.
Yeni ogurluq unvanlar.... Mene bunun koku lazimdir!!!
http://mix.az/love/page,1,1,15156-s601nsizlik-depressiyas305.html
http://uzaysel.azeriblog.com/2008/08/05/sensizlik-depressiyasi
http://www.azeribalasi.com/showthread.php?p=1189
Men sadece basah dushmurem, bu sheirlerimi niye bu gune saliblar? bashi ayagi bilmir. nagil kimi, ara qoymadan da ele rahat yaziblar kiiii!!!!
Etüdlər və ya bədii tapmaca
Avqust 23, 2008 17:24 Yazan: blogcu Baxış sayı: 54
****
Artıq cənnətə inanmır
Gecə yarısı
blok qırağında
Oyanan uşaq.
****
Çünki saqqızını itirdi.
Atasının cibində qaldı
Uşağin arzuları.
****
Susuz
balıqlar havada üzər
Elə bilər dənizdir.
Son ümidi var yaşamaqçün.
****
Gecə çox uzun
Sabahın yolu qısa.
Beləcə gün keçdi...
****
Yağış yağdı üstünə
Qayalar yaralandı.
Səbəkar bulud oldu.
****
Susmaq qızıla bərabərdir
kəlməsi
Bir təsəlli.
Danışmağı bacarmırıq.
****
Dalğalara güvənmə.
Külək görəndə
həddini aşır.
****
Məktəb illəri vinetkada qaldı
Universitet illləri yollarda.
Ananın göz yaşları
qanlı asfaltı yudu.
Özgələr ( fəsil3)
Avqust 22, 2008 20:45 Yazan: blogcu Baxış sayı: 52
Fəsil 3.
Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.
Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.
Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.
-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.
Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.
242 nömrəli marşruta minib Şamaxınkaya yollandıq. Hansı ki, bizim rayona- İsmayıllıya maşınlar ordan gedir. İsmayıllı, İsmayıllı çagıran bir taksiyə mindik, üç nəfər arxada, bir nəfər də qabagda yola çıxdıq. Qabağdakını tanlmlrdıq. Şoferin bizi kimi bir kliyenti idi. Kəpənəkdə düşəcəyini deyirdi. Camaat İsmayıllının girəcək yerinə Kəpənək deyillər. Bizsə qabağda düşəcəydik... Rayonun mərkəzində… Ordan da bir kəndə gedən taksi tutub düz kendə... Yol boyu sevincək uşaq kimiydik. Çünki belə istirahəti səbirsizlklə gözləyirdik. Artıq 3 həftəydi planlaşdırmışdıq bele istirahəti. Gah soyuq oldu, gah da Müşfiq işindən qalanmadı. Buna görə uzanmışdı. Müşfiq bizim kəndə birinci dəfə idi gılirdi.Amma Nağı bir dəfə olmuşdu. 2 il bundan qabaq… Onda 5 gün qalıb gəlmişdik. Hətta o vaxt Nağının mənə Gənclikdəki meşədən tapdığı şam qozansını da aparmışdım kəndə. (Nağı ilə gitaradan hazırlığa gedirdim. Ordan çıxandan sonra Gənclikdəki şam meşəsində hərdən oturtub gitara çalırdıq. O vaxt vermişdi bu qozanı). Bir ağacın koğuşunda gizlətmişdim. Kəndə çatanda Nağıya surprizim olduğunu bildirdim. Qozanı gizlətdiyim yerə çatanda koğuşun üstündən daşı qaldırmağı xahiş etdim və o da qalıdırıb ordakı qozanı gordü. Buna çox sevindi. Mənə sual verdi ki, görürsən? Haradan haraya gəlib çıxdı? Deməli, bunun da taleyi bura imiş. Bir tərəfdəndə düşünəndə belədir. Bir gün harada id, indi hardadır? Görəsən bundan sonra onun taleyi necə olacaq?
Rayona çatana yaxın əmim zəng elədi. (telefonumu götürmüşdüm. Bilirdim ki, atamgilin kəndinə qədər dalğa tutur. Uzaqbaşı kəndə əmimim yanında qoyacaqdım). Telefonu götürəndə rayonda bizi gözlədiyini bildirdi. Halbuki biz elə bilirdik ki, bizi kənddə, öz evlərində gözləyir. Taksini o gözlədiyi yer sürdürüb, rayondan əmimlə getdik. Kəndə çatdıq... O göy darvaza… Baba yurdu... Ora çox doğma görsənir nədənsə... Bilmirəm uşaqlığım orda kecib deyə, yoxsa nəyə görə… Amma doğmaydı… O göy darvazanı görən kimi gülümsədim. Baba yurdunda indi əmim qalırdi.
Yorğun idik... Yol yorğunu... Yorğun olmağımıza baxmayaraq, ahrdasa bir saatdan sonar çaylağa düşdük. Nağı çaylağda çimmək istədiyini dedi. Keçən dəfə də gələndə çimmişdi. Yəqin çox bəyənmişdi, buranın şəffaf, mavi , soyuq çaylağında çimməyi. Müşfiqsə birinci dəfə olduğuna baxmayaraq bu təklifi fikirləşmədən qəbul etdi. Evə qayıdanda Müşfiq dinləndi:
-Əmin bizə tüfəng verəcək?
Nağı: -Hə, dogurdaneee... Əmin bizə tüfəng verəcək demişdin?
-A kişi, nə tüfəngeee? Çaşmısız? Ne vaxt dedim elə sözü? Nə vaxt dedim, tüfəng verəcək? Dedim ki, tüfəng götürə bilərik. O şərtlə ki, tüfəngin yiyəsi də bizlə gəlməlidir… Yox bir... Versin, biz də bir-birimizi vurub öldürək?
-Paaaah? -Müşfiq iki barmağını qaldırıb, gözlərini qıyıb mənə nişan aldı.-Baaaang.... Hə, mən səni öldürəcəm.
Nağı: -Birdən meşədə ayı çıxar qarşımıza. Onda vurarığda... Ya canavar…
-A kişi, nə ayı, nə canavar. Ele ayı, canavar bizı qalıb? Ayı vuran çıxmlsan? Keçən dəfə o yuxarıda qalan qonşunun uşaqları da öz dostları ilə meşədə qalıb gəliblər… Yox bir... Ayi elə bizi görüb... Bizi gözləyir… -bir anlıq sükutdan sonra- Həəə... Keçən dəfə Bakıdan bir avtobus 11-ci sinif uşaqları da gəlmişdi. Çöldə qalıblar... Özləri ile yorğan-döşəy də gətirib...
Nağı yenə də dinləndi. –Bilmirsən, ayıdı, canavardı həmişə bizi görürdə.
Müşfiq sinesine vuraraq. -Ala, mən ayını bir əllə qaldıraram. O canavardı, manavardı onu da... Qataram bir-birinə. Tak shto qorxmuyun uşaqlar.
-Həəə. Söz gəlmişkən… Bir dənə Azerbaycan kinosu vare. Adını da bilmirəm. Keçen dəfə Qusara toya gedəndə televizorda baxmışdim. Hardasa 90-cı illərdə çəkilən kinodur. Orda Rasim Balayev də çəkilib. Guya 3 dost olurlar. Ova çıxırlar. Rasim Balayev ovu vurmağ istəyəndə dostunu vurub öldürür. Sonra da o birindən xahiş edir ki, gunahı öz boyununa götür, özü də qorxudan qaçır gedir. Arada Nağı demişkən bu bada gedir...
Nağı gülümsəyərək: -İndi deyirsən tufəng olsa, belə olacaq?
-Yoxeee... Sadəcə söz gəlişi dedim də.
-Nağı, lazım olsa Asifi tüfəngsiz də, bogub öldürə bilərik də. Ayılara da primanka edərik. Qalar orda... Arığ, cılız bir şeydir dəəə.
-A kişi, sənə deyirəm rus dilini bilmirsən, çıtdama heç olmasa! İndi sizi o meşələrdə azdırım siz dı baxın. –gülümsəyərək, zarafatcasına cavab verdim.
Danışa-danışa gəldik çıxdıq evə. Artiq axşam idi. Əmidən xahish edib, nəzərdə tutduğumuz ləvazimatları yerbeyer etdik. Əmim arvadı gecə eyvanda yanbayan yer salmışdı. Tərslikdən də işıqlar sönmüşdü.
Müşfiq sakitcə dinləndi: -Sabah çöldə yatacağıq. Yatmamışdan qabağ, ocağın qabağında, o kinolardakı kimi qorxulu nağıllar danışarıq...
-Nagı, yadındadır əvvəl gələndə çöldə ulduz uçuşunu görmüşdük. Müşfiq, burda gecələr işıqlar olmur deyə səma zor görsənir. Sabah gecə diqqətlə baxarsan göyə. Yəqin ulduz axmasını görərsən. Bir də gördün NLO zad gördük…
Nağı: -Hətta ağ süd yolu da görsənir.
Müsfiq: -Ağ süd yolu nədir?
-Nağı demişkən bad ki, badsan da. Ala, kosmosdakı dumanlıq.
-Nəysə… Badlar, yatın daaa. Səhər saat 5də duracayığe. Asif 6da çımırıq?
-Hə, 6da. Elə yaxşıdır da, yoxsa millətin gözünün qabağında turistlər kimi risofkalanmağ istəyirsən?
-paaaah?
-Eeee... Sənin də bu çürümüş sözün mənim beynimi xarab elədiyeee... Nə pah, pah salmısan???
-Pah sözdü ki? -Nağı dinləndi.
Müşfiq: -Nağı, pah ən zor sözdü.
Müşfiqin üzünə gülümsəyərək cavab verdim: -Müşfiq, pahıvı saxla özüvə, Nağı demişkən yat. Sabah səni təpiyliyib durğuzmuyum.
Müşfiq bizdən acığ çıxmaqçün dalbadal bir neçə dəfə də öz sevimli sözünü dedikdən sonra ara sakitləşdi…


