Görəsən İsaak Nyuton 318 il bundan əvvəl ümumdünya cazibə qanununu kəşf edərkən səhvə yol verməyib ki? Los-Alamos milli laboratoriyasında (Qrenlandiya) aparılmış tədqiqatların nəticələri elan edilərkən, alimlərdə Nyuton qanununun doğruluğuna şübhə daha da artıb.
![]()
Qrenlandiya planetimizin ən böyük adalarındandır. Burada adanın buzlaq zirehini yarıb bir mildən artıq dərinklikdə (1 mil 1.609 metrə bərabərdir) quyu (şurf) qazılıb. Alimlər quyuya cazibə qüvvəsini ölçən son dərəcə həssas qravimetr salıblar. Məqsəd cazibə qüvvəsinin qiymətini müəyyənləşdirmək olub.
Qravimetr ümumdünya cazibə qüvvəsinin qanuna uyğun olaraq yerin cəbetmə qüvvəsinin gücünün dəyişdiyini göstərib. Dərinlik artıqca, yəni dərinə getdikcə daşıyıycıda yükün çəkisi azalırdı. Bu isə qravimetrin aşağısındakı ümumi kütlənin azalması və ona uyğun olaraq cazibə qüvvəsinin azalması ilə izah olunur. Lakin cazibə qüvvəsinin dəyişmə sürəti ümumdünya cazibə qanununa uyğun gəlmirdi, sürət mövcud qiymətin əllidə biri qədər artıq idi.
Eksperimentin iştirakçıları düşünürlər ki, görəsən bu da zəiflədici təsir göstərən və cazibə gücündən fərqlənən digər, bu günədək məlum olmayan yeni qüvvə deyilmi? Alimlərin bəzisi həmin qüvvəni beşinci qüvvə adlandırıblar (digər dörd qüvvə bunlardır: cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, “güclü” və “zəif” qarşılıqlı təsir qüvvələri).
Qrenlandiya eksperimenti Nyuton qanununun doğruluğunu yoxlamaq üçün aparılan ilk cəhd deyil. Əvəllərdə belə təcrübələr aparılıb. Lakin bu dəfəki eksperiment əvvəlki ölçmələrdən daha mükəmməldir, daha dəqiqdir.
Kaliforniya texnologiya İnstitunun elmi əməkdaşı C.Tomas deyir ki, hal-hazırda bu ən zərif təcrübədir. Düzdür, həhəlik bütün problemlər həll edilməyib, lakin təcrübələrin nəticələrinə tamam inandırıcı, ciddi baxıla bilər.
Əgər aparılmış tədqiqatların nəticələrinə çoxları “inandırıcı” baxırsa- onların şərhini- yəni beşinci qüvvənin varlığı fərziyyəsini hələlik hamı qəbul edə bilmir.








Ümumdünya Cazibe Qanununun üzrinde çox düsturlar açilişlar edilib. Kosmik süretler bele ona uyğun hesablanib ve suni peykler buraxilib(eger xeta olsaydiii
)
Her halda o fenomenin basqa izahi olmalidir.
May 9, 2008 20:26