Fəsil 3.
Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.
Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.
Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.
-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.
Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.
242 nömrəli marşruta minib Şamaxınkaya yollandıq. Hansı ki, bizim rayona- İsmayıllıya maşınlar ordan gedir. İsmayıllı, İsmayıllı çagıran bir taksiyə mindik, üç nəfər arxada, bir nəfər də qabagda yola çıxdıq. Qabağdakını tanlmlrdıq. Şoferin bizi kimi bir kliyenti idi. Kəpənəkdə düşəcəyini deyirdi. Camaat İsmayıllının girəcək yerinə Kəpənək deyillər. Bizsə qabağda düşəcəydik... Rayonun mərkəzində… Ordan da bir kəndə gedən taksi tutub düz kendə... Yol boyu sevincək uşaq kimiydik. Çünki belə istirahəti səbirsizlklə gözləyirdik. Artıq 3 həftəydi planlaşdırmışdıq bele istirahəti. Gah soyuq oldu, gah da Müşfiq işindən qalanmadı. Buna görə uzanmışdı. Müşfiq bizim kəndə birinci dəfə idi gılirdi.Amma Nağı bir dəfə olmuşdu. 2 il bundan qabaq… Onda 5 gün qalıb gəlmişdik. Hətta o vaxt Nağının mənə Gənclikdəki meşədən tapdığı şam qozansını da aparmışdım kəndə. (Nağı ilə gitaradan hazırlığa gedirdim. Ordan çıxandan sonra Gənclikdəki şam meşəsində hərdən oturtub gitara çalırdıq. O vaxt vermişdi bu qozanı). Bir ağacın koğuşunda gizlətmişdim. Kəndə çatanda Nağıya surprizim olduğunu bildirdim. Qozanı gizlətdiyim yerə çatanda koğuşun üstündən daşı qaldırmağı xahiş etdim və o da qalıdırıb ordakı qozanı gordü. Buna çox sevindi. Mənə sual verdi ki, görürsən? Haradan haraya gəlib çıxdı? Deməli, bunun da taleyi bura imiş. Bir tərəfdəndə düşünəndə belədir. Bir gün harada id, indi hardadır? Görəsən bundan sonra onun taleyi necə olacaq?
Rayona çatana yaxın əmim zəng elədi. (telefonumu götürmüşdüm. Bilirdim ki, atamgilin kəndinə qədər dalğa tutur. Uzaqbaşı kəndə əmimim yanında qoyacaqdım). Telefonu götürəndə rayonda bizi gözlədiyini bildirdi. Halbuki biz elə bilirdik ki, bizi kənddə, öz evlərində gözləyir. Taksini o gözlədiyi yer sürdürüb, rayondan əmimlə getdik. Kəndə çatdıq... O göy darvaza… Baba yurdu... Ora çox doğma görsənir nədənsə... Bilmirəm uşaqlığım orda kecib deyə, yoxsa nəyə görə… Amma doğmaydı… O göy darvazanı görən kimi gülümsədim. Baba yurdunda indi əmim qalırdi.
Yorğun idik... Yol yorğunu... Yorğun olmağımıza baxmayaraq, ahrdasa bir saatdan sonar çaylağa düşdük. Nağı çaylağda çimmək istədiyini dedi. Keçən dəfə də gələndə çimmişdi. Yəqin çox bəyənmişdi, buranın şəffaf, mavi , soyuq çaylağında çimməyi. Müşfiqsə birinci dəfə olduğuna baxmayaraq bu təklifi fikirləşmədən qəbul etdi. Evə qayıdanda Müşfiq dinləndi:
-Əmin bizə tüfəng verəcək?
Nağı: -Hə, dogurdaneee... Əmin bizə tüfəng verəcək demişdin?
-A kişi, nə tüfəngeee? Çaşmısız? Ne vaxt dedim elə sözü? Nə vaxt dedim, tüfəng verəcək? Dedim ki, tüfəng götürə bilərik. O şərtlə ki, tüfəngin yiyəsi də bizlə gəlməlidir… Yox bir... Versin, biz də bir-birimizi vurub öldürək?
-Paaaah? -Müşfiq iki barmağını qaldırıb, gözlərini qıyıb mənə nişan aldı.-Baaaang.... Hə, mən səni öldürəcəm.
Nağı: -Birdən meşədə ayı çıxar qarşımıza. Onda vurarığda... Ya canavar…
-A kişi, nə ayı, nə canavar. Ele ayı, canavar bizı qalıb? Ayı vuran çıxmlsan? Keçən dəfə o yuxarıda qalan qonşunun uşaqları da öz dostları ilə meşədə qalıb gəliblər… Yox bir... Ayi elə bizi görüb... Bizi gözləyir… -bir anlıq sükutdan sonra- Həəə... Keçən dəfə Bakıdan bir avtobus 11-ci sinif uşaqları da gəlmişdi. Çöldə qalıblar... Özləri ile yorğan-döşəy də gətirib...
Nağı yenə də dinləndi. –Bilmirsən, ayıdı, canavardı həmişə bizi görürdə.
Müşfiq sinesine vuraraq. -Ala, mən ayını bir əllə qaldıraram. O canavardı, manavardı onu da... Qataram bir-birinə. Tak shto qorxmuyun uşaqlar.
-Həəə. Söz gəlmişkən… Bir dənə Azerbaycan kinosu vare. Adını da bilmirəm. Keçen dəfə Qusara toya gedəndə televizorda baxmışdim. Hardasa 90-cı illərdə çəkilən kinodur. Orda Rasim Balayev də çəkilib. Guya 3 dost olurlar. Ova çıxırlar. Rasim Balayev ovu vurmağ istəyəndə dostunu vurub öldürür. Sonra da o birindən xahiş edir ki, gunahı öz boyununa götür, özü də qorxudan qaçır gedir. Arada Nağı demişkən bu bada gedir...
Nağı gülümsəyərək: -İndi deyirsən tufəng olsa, belə olacaq?
-Yoxeee... Sadəcə söz gəlişi dedim də.
-Nağı, lazım olsa Asifi tüfəngsiz də, bogub öldürə bilərik də. Ayılara da primanka edərik. Qalar orda... Arığ, cılız bir şeydir dəəə.
-A kişi, sənə deyirəm rus dilini bilmirsən, çıtdama heç olmasa! İndi sizi o meşələrdə azdırım siz dı baxın. –gülümsəyərək, zarafatcasına cavab verdim.
Danışa-danışa gəldik çıxdıq evə. Artiq axşam idi. Əmidən xahish edib, nəzərdə tutduğumuz ləvazimatları yerbeyer etdik. Əmim arvadı gecə eyvanda yanbayan yer salmışdı. Tərslikdən də işıqlar sönmüşdü.
Müşfiq sakitcə dinləndi: -Sabah çöldə yatacağıq. Yatmamışdan qabağ, ocağın qabağında, o kinolardakı kimi qorxulu nağıllar danışarıq...
-Nagı, yadındadır əvvəl gələndə çöldə ulduz uçuşunu görmüşdük. Müşfiq, burda gecələr işıqlar olmur deyə səma zor görsənir. Sabah gecə diqqətlə baxarsan göyə. Yəqin ulduz axmasını görərsən. Bir də gördün NLO zad gördük…
Nağı: -Hətta ağ süd yolu da görsənir.
Müsfiq: -Ağ süd yolu nədir?
-Nağı demişkən bad ki, badsan da. Ala, kosmosdakı dumanlıq.
-Nəysə… Badlar, yatın daaa. Səhər saat 5də duracayığe. Asif 6da çımırıq?
-Hə, 6da. Elə yaxşıdır da, yoxsa millətin gözünün qabağında turistlər kimi risofkalanmağ istəyirsən?
-paaaah?
-Eeee... Sənin də bu çürümüş sözün mənim beynimi xarab elədiyeee... Nə pah, pah salmısan???
-Pah sözdü ki? -Nağı dinləndi.
Müşfiq: -Nağı, pah ən zor sözdü.
Müşfiqin üzünə gülümsəyərək cavab verdim: -Müşfiq, pahıvı saxla özüvə, Nağı demişkən yat. Sabah səni təpiyliyib durğuzmuyum.
Müşfiq bizdən acığ çıxmaqçün dalbadal bir neçə dəfə də öz sevimli sözünü dedikdən sonra ara sakitləşdi…
Baxış sayı: 37
Bölmə: Özgələr (horror janr)
SOSİAL PAYLAŞIM...