Ümid
Sentyabr 29, 2008 1:55 Yazan: blogcu Baxış sayı: 46
Yenə də həmişəki qəhrəmanımız...
Kosmosun ən cəlbedici 9 şəkili
Sentyabr 28, 2008 20:07 Yazan: blogcu Baxış sayı: 34
1. Saturn halqası (arxa tərəfdən)
Biz əksərən Saturunun halqalarını Günəş onları işıqlandiran hissədən görə bilirik. Bu isə arxa tərəfdən kosmik gəmi Cassini ilə çəkilmiş şəkildir.
credit: Cassini Imaging Team SSI JPL ESA NASA
2. Antaraktidada tam günəş tutulması.
Antaraktidada yerindən asılı olaraq bu şəkil tam Günəş tutulması zamanı Ayın arxasından çəkilib. Şəkildə Ayın ətarfında Günəş tacını açıq-aydın görmək olar. Şəkildə həm də fotograf və onun şezlongunu (uzanıb dincəlmək üçün xüsusi kürsü) da görmək olar.
Credit and Copyright:Fred Bruenjes moonglow.net
3. Tülkü xəzi dumanlığı
Sade dildə desək, bu kosmik tozdan və qazdan təşkil olununmuş dumanlıqdır. Tülkü xəzi dumanlığı spesefik ulduzlararası hadisə olub, kosmik toz, qaz ilə birlikdə od və günəş küləkləri qatışığından ibarətdir. Belə dumanlıqları bizdən 2500 işıq ili uzaqda müşahidə etmək olar.
Credit & Copyright: Jean-Charles Cuillandre (CFHT) & Giovanni Anselmi (Coelum Astronomia) Hawaiian Starlight

4. Fobos: Marsın peyki.
Bizim günəş sistemimizdə yerləşən Mars planetinin 2 peyki var: Fobos (Phobos) və Deymos (Deimos). Yunanca bu iki adın mənası "qorxu" və "təlaş" mənasını ifadə edir.
Credit:HiRISE MRO LPL (U. Arizona) NASA

5. Mırıldayan pişik gözü dumanlığı
Pişik gözü dumanlığı Yer kürəsindən 3000 işıq ili uzaqda yerləşir. Hətta astronomiyadan başı çıxmayanlar göyün bu sakini haqqda az da olsa bilirlər (siz bilirsiz?). Bu şəkil ölməkdə olan ulduzun (günəşin) yaratdığı formanı əks etdirir.
Credit & Copyright: Vicent Peris (OAUV / PTeam) MAST STScI AURA NASA

6. Günəşdəki dəliklər
Bu şəkildə günəş tacı və Günəşdə baş verən partlayışlar açıq-aydın görsənir.
Credit:SOHO -EIT Consortium ESA NASA

7. Ayın fazaları
Əgər bunu tam aydınlığı ilə görmək istəyirsinizsə bura daxil olun. Bu şəkil bizim Ayımızın bütün Ay fazalarında bir-birinə oxşarlığını göstərir. Bildiyimiz kimi Ayın bir dövrü (tsikli) 29 gün 12 saat çəkir.
Credit & Copyright: António Cidadão

8. Marsın səthi
Marsın səthində oturan Viking2-nin çəkdiyi şəkillərdən biri... Bu şəkildə Marsın səthinin nazik buz təbəqəsi ilə örtüldüyünü görə bilərik.
Credit:Viking Project NASA

9. Günəş tutulması (Yerdə əksi)
Bu şəkil Günəş tutulması zamanı çəkilib. Şəkildə görsənən kölgəlik ayın kölgəsidir. Bu kölgə Yer kürəsini saatda 2000 km sürətlə dəf edib. Kölgənin tam mərkəzinə düşən insanlar günəşin tam tutulmasını görə bilərlər. Şəkilə diqqətlə baxsaq iki nöqtə şəklində Saturn və Yupiteri də görmək olar.
Credit: Mir 27 Crew; Copyright: CNES

Mənbə: scienceray.com
Mövzuya birbaşa keçid: A handpicked collection of the ultimate space picture
Pagerankım 4 oldu
Sentyabr 28, 2008 2:15 Yazan: blogcu Baxış sayı: 34

Salam, əziz dostlar. Bugün təsadüfən blogumdakı sayğaca baxanda pagerankımın 1 pillə də artığını gördüm. Amma sözün düzü bir az təəccübləndim (bu qədər tez bir müddətə nə əcəb pagerankımı qaldırıblar görəsən?). Sonra isə Googlenin öz pagerank checker saytında analiz etikdən sonra həqiqətən pagerankımın yüksəldiyini gördüm... Və bu sevincimi sizlərlə bölüşmək qərarına gəldim.
Aclıq
Sentyabr 27, 2008 0:00 Yazan: blogcu Baxış sayı: 52
Bu şəkili bugün daxili xəstəliklər dərsindən çıxıb evə gedərkən, Elmlər akademiyası yaxınlığında çəkmişəm. :)
Buyurun, şərh yazın.
ATU. Yeni korpus
Sentyabr 26, 2008 23:51 Yazan: blogcu Baxış sayı: 43
Azərbaycan Tibb Universitetinin təzə tikilməkdə olan binası.

Photoshopda işləmə...
Sokotra arxepelaqı
Sentyabr 25, 2008 1:24 Yazan: blogcu Baxış sayı: 58
Sokotra arxepelaqı Fartak burnundan 380 km kənarda Ərəbistan dənizinin Yəmən sahillərində yerləşir və bir neçə adalardan ibarətdir: Sokotra, Darsa, Samxa və Abd-Əl-Kuri. Bu adalardan ən böyüyü isə Sokotra adısıdır (3625 kv.km). "Sokotra" sözü sanskript dilində (qədim hindlilərin ədəbi dili) tərcüməsi "Xoşbəxtlik adası" mənasını ifadə edir.
Foto:socotra.ru
Foto:Dan/Flickr
Foto:Soqotra (Yemen)/Flickr
Foto:dianadrz/Flickr
Foto:roseability/Flickr
Dorstenia gigas ağacı öz unikallığı ilə seçilir: onun yaşıllaşması və inkişafı üçün heç də torpağın olmasına ehtiyac yoxdur.
Foto:Ethan Hein/Flickr
Foto:Ethan Hein/Flickr
Başqa ekzotik bitki. Səhra qızılgülü (adenium obesium).
Foto:Ethan Hein/Flickr
Unikal xiyar ağacı (başqa adı- sivriuclu magnoliya). Bu bitki adi yaşıl və qabarlı xiyarın uzaq əcdadı sayılır.
Foto:Ethan Hein/Flickr
Foto:Soqotra (Yemen)/Flickr
Və s...
Mənbə:point.ru
Qeyd: Xahiş olunur. Əgər yazının azəricə tərcüməsini (buradakı) götürürsünüzsə, mənbəni qeyd edin (Olan və Bitən). Ya da gedin özünüz müəyyən xarici mənbələrdən tərcümə edin!
Balığı kim saxlayır?
Sentyabr 24, 2008 23:25 Yazan: blogcu Baxış sayı: 107
Patok yoldaşım Nasir Nəsirlinin mənə göndərdiyi maraqlı məntiqi sualı sizlərə təqdim edirəm. Bəlkə elə siz də bu sualın cavabını tapa bildiz? Buyurun. Sualı olduğu kimi yazıram.
(bəlkə də bu suala hardasa rast gəlmisiz)
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu testi Albert Enşteyn tərtib edib. Dediyinə görə bu testi dünya əhalisinin ancaq 2%-i həll edə bilər. Baxın, görün siz həll edə bilərsinizmi? Buyurun, sualla tanış olun.
Qaydalar:
1. Beş fərqli rəngdə ev var.
2. Hər evdə beş fərqli ölkədən adam yaşayır.
3. Bu evlərdə yaşayan insanlar;
-fərqli marka siqaret çəkirlər.
-fərqli içkilər içirlər.
-fərqli heyvanlar saxlayırlar.
4. Siqaret, içki və heyvanlar tamamilə fərqlidir.
Verilən məlumat:
1. İngilis qırmızı evdə yaşayır.
2. İsveçli it saxlayır.
3. Danimarkalı çay içir.
4. Ağ evin solunda yaşıl ev var.
5. Yaşıl evin sahibi qəhvə içir.
6. Quş saxlayan Pall Mall siqaretiçəkir.
7. Sarı evin sahibi Dunhill siqareti çəkir.
8. Tam mərkəz evdə yaşayan süd içir.
9. Norveçli birinci evdə yaşayır.
10. Pişik saxlayanın evinin yanında yaşayan Blend siqareti çəkir.
11. Dunhill siqareti çəkənin yanındakı evdə yaşayan at saxlayır.
12. Blue Master siqareti çəkən pivə içir.
13. Alman Prince siqareti çəkir.
14. Mavi evin yanında yaşayan Norveçlidir.
15. Su içənin qonşusu Blend siqareti çəkir.
Sual:
Balığı kim saxlayır?
Təsadüflər təsadufidirmi?
Sentyabr 23, 2008 16:00 Yazan: blogcu Baxış sayı: 100
Təsadüflərə aid bir mövzu quraq. Təsadüflər təsadufidirmi?
Sentyabr 22, 2008 22:09
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Sizcə təsadüflər tesadüfidirmi? Yoxsa hər şey qabaqcadan planlaşdırılmış şəkildə baş verir?
Buyurun oxucular. Aktiv olun. Öz fikrilərinizi siz də yürüdün. Bəzi açılmamış sirrləri açmaq sizin öhtənizə verilib. Bu şansı qaçırmayın.
Ayrı-ayrı xəstəlikərin səbəbi nədir?
Sentyabr 20, 2008 19:42 Yazan: blogcu Baxış sayı: 58
Görəsən niyə bir mikroorganizmin törətdiyi xəstəliyi əksər hallarda başqa mikroorganizm törədə bilmir? Əgər hər ikisi xəstəlik törədirsə, onda niyə eyni xəstəlik yox? Ya müəyyən bir sahədə xəstəlik törədən mikrob başqa bir sahədə xəstəlik törətmir?
Buyurun fikirlərinizi bildirin. Sizcə buna səbəb nə ola bilər?
Sıra məndə-Uşaqlıq sirrlərim
Sentyabr 20, 2008 0:49 Yazan: blogcu Baxış sayı: 167
Məhin bir top atdı,
Gəldi düşdü başıma
Yadım yerinə gəldi
Oyandı uşaqlıq.
Məhinin topu mənə istiqamətləndi. Buna görə ona öz təşəkkürümü bildirirəm.
Evdəkilərin dediyinə görə uşaqlıqdan fərqli olmuşam. 6 aylığımda ikən qışın soyuğunda gecə agladığıma görə babam məni eyvana atıb ki, donub ölüm, bəlke səsim kəsilə. ))) 3 yaşımda olanda evden pul alıb, “Allah baba” kitabları adı ilə evimizin yaxınlığındakı kitabxanadan şəkilli kitablar alırdım. Oxuya bilməsəm də, şəkillərə həvəslə baxırdım. Evimizdə kiçik bir kitabxana düzəltmişdim.
4 yaşımda "kubik-rubik" oyuncağını tez bir zamanda bütün rənglərini yığa bilirdim. Birinci sinifdə oxuyanda anam xəstələndiyinə görə, dərsə tək gedib gəlirdim, sinifdə də məni heç kim saymırdı. Qabağ partalarda oturmaq istəsəm də, hər dəfə arxa partada oturardım. Məktəb şəkillərində anası dalınca gələn uşaqlar qabağda olsa da, mən həmişə arxa planda düşümüşəm. Çox vaxt tək gəzirdim, tək oynayırdım. İlk 2 qiymətimi 2-ci sinifde almışdım. Sinif yoldaşıma qulaq asmasaydım bəlkə də o gündəlikdəki 2 olan səhifəni cırmayacaqdım. ((( Yəqin qorxmuşdum, evdə valideynlərim görər.
Uşaqlıqdan kino həvəskarı olmuşam. Ən çox da fantastic, dəhşət kinolara baxırdım. Evdəkilər calışsa da ki, baxmıyım (birdən gecə yatanda qorxaram) yenə də baxırdım.
İlk dəfə 4 bəndlik “ana vətən"şeirini (qafiyəli) 4-cü sinifdə sinifdən xaric oxuda deyərək 5 qiyməti almışdım. Müəlliməm nə qədər çalışdısa müəlifini soruşmağa utandığımdan deməmişdim. Çünki deyə bilməzdim bu şeiri mən yazmışam. Necə deyə bilərdim ki, dünen gecə yatdığımda carpayim ilə üzbəüz divara yazmışam bu şeiri. )))
Uşaq vaxtı arxeolog olmaq istıyirdim. Misir mənim ən böyük arzum idi. Ora gedib ehramlarda arxeoloji qazıntılar aparmaq. Bəli... Bu mənim ən böyük arzum idi. Bu istək mənə 5ci sinifdə tarix oxuyandan sonra, azıx mağarası. Misir ehramları və s. haqqında eşidəndən sonra gəlmişdi. Tarixi həvəslə oxuyurdum. Bilmirəm niyə? Amma insanların keçmiş tarixi ilə çox maraqlanırdım. Hətta tarix müəlliməsi anamı cağırıb, bu uşağın tarixə həvəsi var, gətir yanıma hazırlaşdırım deyəndə səhərisi anam onun yanına hazırlığa qoymuşdu.
6-cı sinifdə olanda rəssam olmaq istəyirdim. Əl qabilliyyətim olduğu üçün, rəsim müəlliməsi uşağı rəsm dərslərinə qoymasını xahiş etsə də, anam buna yol verməmişdi. Çünki valideynlərim gələcəyimi daha parlaq görmək istəyirdi. (onların düşüncəsində rəssam parlaq gələcək sayılmır. Hətta məni şəkil çəkən görəndə üstümə hirslənirdilər).
Coğrafiyani çox yaxşı bildiyim üçün bir yoxlama gələndə müəllimə həmişə məni qabağa verirdi. Dünyanın əksər coğrafi yerlərini xəritədə gözü yumlu göstərirdim. Sinif yoldaşımın xahişi ilə onunla dərsden sonra biologiya kursuna gedirem. Hetta yadimdadir ilk dərsimiz xəzan olur. O gündən mənim biologiyaya həvəsim artır. Mikroskopu çox sevirdim, mikroskoda canlıları mikro səviyyədə görəcəyim günü səbirsizliklə gözləyirdim. Elə həvəslə gözləyirdim ki, biologiyadan mikroskopu keçək, əlim mikroskopa dəysin. Amma tərslikdən həmin gün xəstəlendiyim üçün dərsə gəlməmişdim. Dərsə gələ bilmədiyim üçün çox arzuladığım mikroskopu ancaq kitabda görmək nəsib olur mənə. Dərsə gedəndən sonra da nə qədər müəllimədən xahiş etsəm də nə mikroskop göstərdi, nə hazırladığı preparatı. Tez-tez xəstələnən birisi olmuşam. Gərək həftədə ən azı 2 dəfə qızdırmam qalxmalıydı. 8ci sinifde olanda kimya laborotoriyasındakı kolbalardan, reaktivlərdən oğurlayıb, evdə özümə bir laborotoriya düzəltmişdim. Düşünürdüm ki, hansısa reaksiya aparıb yeni bir şey kəşf edəcəm. Hətta bir gün reaktivlərdən az qala zəhərlənmişdim də. 3 gün gözlərimin qızarıb, başgicəllənmədən əziyyət çəkməyim buna sübut idi.
O vaxtlar, qardaşımı da götürüb gedirdim qayalara dırmaşmağa. Alpinizmə marağım var idi (elə indi də). Gedib mağazadan kəndir də almışdim ki, dırmaşanda yıxılmayaq. Esil alpinistlər kimi.birinci özüm çıxırdım, sonra da qardaşıma dəyirdim belinə bağlasın kəndiri çıxsın. O da balaca olduğu üçün elə mən dartıb çıxarırdım yuxarı. )))
9-cu sinifdə oxuyanda ilk dəfə olaraq, o öz saxladığım xamyakımı operasiya etmişdim. (buna operasiya demək olarsa, yalandan doğrayıb tökmüşdüm yazığı). Həyətimizdən kərtənkələ tapıb başlayırdım dərisini soyub ürək qan damar sistemini mushahidə eləməyə. Qanın necə yuxarı aşağı getməsi menə maraq doğururdu. Ele o vaxtlar ilan, dovşan, balıq da saxlamışam. Hətta bir gün bir su ilanını (hardasa 60-70sm) məktəbə aparmışdım. Birdən müəllimə içəri girəndə uşaqlar ilanı atmışdı qucağıma, müəllimdə məndən şübhələnib məni ayağa qaldıranda qucagımdakı ilan düz müəllimənin ayaqları altına düşmüşdü. ))) Həəə. Onda müəlliməm çox qorxmuşdu, yadımdadır. Həəə, bir də balıq həvəskarı olmuşam. Özümə böyük bir akvarium düzəltmişdim. Buna görə şüşəni kəsəndə barmağımın birində böyük bir kəsik də aparmişdim. )) 50-dən çox balığa saatlarla oturub baxmaqdan yorulmazdım. Amma bir gün, su isidəni akvariumda çox saxladığım üçün, akvariumdakı su əməlli-başlı qaynamışdı. Balıqların da hamısı bişmişdi. )))
11-ci sinifdə ilk dəfə biologiyadan hazırlığa gedən yerdə çoxdan arzuladığım mikroskopa əl vururam. Kərpic zavod tərəfdəki bataqlıqdan su da aparmışdım ki, müəllimə çölə çıxan kimi mikroskopla ona baxım. Dəsrlikdə keçdiyim amöbü, infuzoru, tərliyi axtarırdım. Məktəbi qurtaranda da məzun lentini taxmıyan yeganə birisi oluram. Həyatımda çox təsirləndiyim anlardan biri də o olur. Hətta buna görə uşaq kimi ağlamışdım da… Və s…
Mən də topu atıram aşağıdakı blogculara.
Az-çox uşaqlıq sirrlərimi də bildiz. Bilmirəm, oyunun qaydalarına dəqiq əməl etdim, yoxsa yox... Bunu siz deyin... Buyurun, şərh yazın.




