Azəriblog istifadəçilərinə Revolution music teması
Yanvar 2, 2009 16:50 Yazan: blogcu Baxış sayı: 23
Bu tema şəkildən də gördüyünüz kimi mənim blogumun temasıdır. Bu temanı 2 versiyada verirəm.
Birinci versiya HTML-dan başı çıxanlar üçündür. Yəni bu versiyada səhifələrin altında bölmələr və subbölmələr yerləşdirə bilərsiniz. Həmçinin yeniliklər bölməsində blogunuzun vacib xəbərlərini və s. yerləşdirmək imkanınız da var.
İkinci versiya isə sadə versiyadır. Bu versiya bütün azəriblog istifadəçiləri üçün nəzərdə tutulub. Burada yuxarıda yerləşən bölmələr, subbölmələr və yeniliklər sütünü yoxdur. Buyurun, yükləyin. Yəqin ki, bu temadan razı qalacaqsıznız.
Versiya 1 (HTML-dan başı çıxanlar üçün). Yüklə.
Versiya 2 (Bütün istifadəçilər üçün). Yüklə.
ps: sizdən əməyə hörmət olaraq istədiyim bir şey temanın alt hissəsində (footer) dəstək saytlar içindən "qaralama"nı silməməyiniz ola bilər. Öncədən təşəkkürlər.
Sürrealist yazılar...
Dekabr 14, 2008 3:46 Yazan: blogcu Baxış sayı: 119
Yenə yorğunam
Soyuq otaqda
Sınığınıb fikirlərimə
Yenə dalğınam
xəyalpərəst uşaqlar kimi...
Bu da nəticə...
Ayaqqabının cırıq olması təkcə kasıblığa işarə deyil. Sadəcə ayaqqabılarımı çox sevirəm.
Əllərimdə bir ovuc dərd gəzdirirəm. Tullamağa yer tapsaydım...
Qaranlığı ona görə sevirəm ki, məni kölgəmlə qovuşdurur.
Şairin çörək ağacı qələmdir. Qələminin mürəkkəbi qurtarmış şair ölmüş demək?
- Sürrealist yazı...
Uşaq vaxtı rəssam olmaq istəyincə, anam-atam əlimdən kağız-qələmi alıb başıma çırpdı. Dedi ki, get başqa- pul qazanan sənət öyrən. Şəkil çəkməklə acından öləcəksən. Acından ölmək ən pis şeydir düşünüb, o vaxtdan şəkil çəkmədim... Və çəkə bildiklərimi də unutdum...
İndi isə çəkmək istədiklərimdən bəzilərini yazacam...
Çəkərdim
belində fil gəzdirən qarışqa...
Çəkərdim
güzgüyə baxınca özünü arxadan görən insan...
Çəkərdim
qanadlı balıqlar...
Çəkərdim
qaranlıq günəş. Şüaları ilə dünyanı qaraldan...
Çəkərdim
ehtiraslı qadın. Döşlərinin əvəzinə ehtiraslı dodaqlar...
Çəkərdim
damarımdan qan içən kəpənək...
Çəkərdim
boş otaqda akvarium. İçində insanlar...
Çəkərdim
bir qız. Əlində tutduğu yaylıqdan ayaqlaına axan göz yaşları...
Çəkərdim
araq şüşəsinin içində dərdsiz-sərsiz uzanan bir əyyaş...
Çəkərdim
bir qol saatı. Əqrəbinin qarşısında kibrit çöpü maneə...
Çəkərdim
bir əli ilə buluddan sallanıb, o biri əli ilə dənizi özünə dartan insan...
Çəkərdim
əlində yarısı qırılmış telefon dəstəyi olan, sevgili zəngini gözləyən bir qiz...
Çəkərdim
iki ulduz arasında yol çəkən fəhlələr...
Çəkərdim
tikanları əriyən kaktus...
Çəkərdim
stol üzərində bir eynək. Şüşələrində əksi qalmış gözlər...
Çəkərdim
özünü intihar edən boğazına kəndir bükülmüş insan. Kəndirin o biri ucundan dimdiyi ilə tutan bir göyərçin...
Çəkərdim
əller. Əllərdəki laxtalanmış qan. Qanı içən bir neçə kəpənək...
Çəkərdim
qaranlıqda sevişən ağ kölgələr...
Və çəkərdim
başımı tumarladığım ağ kölgəmi...
Gözləyin... Hələ çox çəkəcəm.
Bəs siz nə çəkərdiniz?
Revolution premium blog theme
Dekabr 14, 2008 3:08 Yazan: blogcu Baxış sayı: 60
Azəriblog istifadəçilərinə bir neçə tema təklif edirəm. Buyurun... Kim istəyirsə ardından yükləyə bilər. Qarşıda yenə də müxtəlif, premium temaları sizlərlə bölüşəcəm. Ümidvaram ki, indi yerləşdirdiyim 3 temanı bəyəncəksiz. Yaxın zamanlarda bu gördüyünüz blogumun temasını da sizlərlə paylaşacam. Əgər kiminsə hər hansı sualı varsa,yazsın bura...
- Code blue

- Code gray

- Code red

Qaralama2008
Dekabr 10, 2008 2:37 Yazan: blogcu Baxış sayı: 44
QARALAMA.COM
Dekabr 9, 2008 20:21 Yazan: blogcu Baxış sayı: 70

Artıq QARALAMAya keçmişəm. Bilənlər bilir. Gördüyünüz kimi burada heç bir xəbər qoymuram. Əksər postlarda isə şərhi bağlamışam. Ancaq bədii yaradıcılığıma aid bölmələrdəki postlarda şərh yazmaq imkanı var. Əgər hansısa təzə bir postum varsa, həmin post haqqında QARALAMAda məlumatlana bilərsiz və bu zaman azeriblogun ilk səhifəsində yeni yazılanlar bölməsinda bundan xəbərdar olacaqsız. Qaralamanı yaratmaqda məqsədim, alternativ düşüncəli, kreativ insanları bir yerə yığmaqdır. Əgər kimsə qaralama meyarlarına uyğun məqalələri varsa, elaqə saxlasın, ona yazar statusu veriləcək və qaralamada öz postlarını yerləşdirmək imkanı əldə edəcək... (artıq məndən əlavə 2 yazarımız qaralamada fəaliyyət göstərir). Və sonda... Qaralamada siz şərh yazmaqla öz saytınıza (blogunuza) bir aylıq keçid əldə etmiş olursunuz.
Buyurun daxil olun. QARALAMA.COM
Qaralamaya daxil ol, dünya görüşünü artır. Ən azından bizim kimi kreativ düşüncəli olmağa çalış. Unutmayaq ki, əsas istəkdir.
Fikrini bildir. Ya burda, ya da burda...
Ümid
Yenə də həmişəki qəhrəmanımız...
Kosmosun ən cəlbedici 9 şəkili
1. Saturn halqası (arxa tərəfdən)
Biz əksərən Saturunun halqalarını Günəş onları işıqlandiran hissədən görə bilirik. Bu isə arxa tərəfdən kosmik gəmi Cassini ilə çəkilmiş şəkildir.
credit: Cassini Imaging Team SSI JPL ESA NASA
2. Antaraktidada tam günəş tutulması.
Antaraktidada yerindən asılı olaraq bu şəkil tam Günəş tutulması zamanı Ayın arxasından çəkilib. Şəkildə Ayın ətarfında Günəş tacını açıq-aydın görmək olar. Şəkildə həm də fotograf və onun şezlongunu (uzanıb dincəlmək üçün xüsusi kürsü) da görmək olar.
Credit and Copyright:Fred Bruenjes moonglow.net
3. Tülkü xəzi dumanlığı
Sade dildə desək, bu kosmik tozdan və qazdan təşkil olununmuş dumanlıqdır. Tülkü xəzi dumanlığı spesefik ulduzlararası hadisə olub, kosmik toz, qaz ilə birlikdə od və günəş küləkləri qatışığından ibarətdir. Belə dumanlıqları bizdən 2500 işıq ili uzaqda müşahidə etmək olar.
Credit & Copyright: Jean-Charles Cuillandre (CFHT) & Giovanni Anselmi (Coelum Astronomia) Hawaiian Starlight

4. Fobos: Marsın peyki.
Bizim günəş sistemimizdə yerləşən Mars planetinin 2 peyki var: Fobos (Phobos) və Deymos (Deimos). Yunanca bu iki adın mənası "qorxu" və "təlaş" mənasını ifadə edir.
Credit:HiRISE MRO LPL (U. Arizona) NASA

5. Mırıldayan pişik gözü dumanlığı
Pişik gözü dumanlığı Yer kürəsindən 3000 işıq ili uzaqda yerləşir. Hətta astronomiyadan başı çıxmayanlar göyün bu sakini haqqda az da olsa bilirlər (siz bilirsiz?). Bu şəkil ölməkdə olan ulduzun (günəşin) yaratdığı formanı əks etdirir.
Credit & Copyright: Vicent Peris (OAUV / PTeam) MAST STScI AURA NASA

6. Günəşdəki dəliklər
Bu şəkildə günəş tacı və Günəşdə baş verən partlayışlar açıq-aydın görsənir.
Credit:SOHO -EIT Consortium ESA NASA

7. Ayın fazaları
Əgər bunu tam aydınlığı ilə görmək istəyirsinizsə bura daxil olun. Bu şəkil bizim Ayımızın bütün Ay fazalarında bir-birinə oxşarlığını göstərir. Bildiyimiz kimi Ayın bir dövrü (tsikli) 29 gün 12 saat çəkir.
Credit & Copyright: António Cidadão

8. Marsın səthi
Marsın səthində oturan Viking2-nin çəkdiyi şəkillərdən biri... Bu şəkildə Marsın səthinin nazik buz təbəqəsi ilə örtüldüyünü görə bilərik.
Credit:Viking Project NASA

9. Günəş tutulması (Yerdə əksi)
Bu şəkil Günəş tutulması zamanı çəkilib. Şəkildə görsənən kölgəlik ayın kölgəsidir. Bu kölgə Yer kürəsini saatda 2000 km sürətlə dəf edib. Kölgənin tam mərkəzinə düşən insanlar günəşin tam tutulmasını görə bilərlər. Şəkilə diqqətlə baxsaq iki nöqtə şəklində Saturn və Yupiteri də görmək olar.
Credit: Mir 27 Crew; Copyright: CNES

Mənbə: scienceray.com
Mövzuya birbaşa keçid: A handpicked collection of the ultimate space picture
Pagerankım 4 oldu

Salam, əziz dostlar. Bugün təsadüfən blogumdakı sayğaca baxanda pagerankımın 1 pillə də artığını gördüm. Amma sözün düzü bir az təəccübləndim (bu qədər tez bir müddətə nə əcəb pagerankımı qaldırıblar görəsən?). Sonra isə Googlenin öz pagerank checker saytında analiz etikdən sonra həqiqətən pagerankımın yüksəldiyini gördüm... Və bu sevincimi sizlərlə bölüşmək qərarına gəldim.
Aclıq
Bu şəkili bugün daxili xəstəliklər dərsindən çıxıb evə gedərkən, Elmlər akademiyası yaxınlığında çəkmişəm. :)
Buyurun, şərh yazın.
ATU. Yeni korpus
Azərbaycan Tibb Universitetinin təzə tikilməkdə olan binası.

Photoshopda işləmə...
Sokotra arxepelaqı
Sokotra arxepelaqı Fartak burnundan 380 km kənarda Ərəbistan dənizinin Yəmən sahillərində yerləşir və bir neçə adalardan ibarətdir: Sokotra, Darsa, Samxa və Abd-Əl-Kuri. Bu adalardan ən böyüyü isə Sokotra adısıdır (3625 kv.km). "Sokotra" sözü sanskript dilində (qədim hindlilərin ədəbi dili) tərcüməsi "Xoşbəxtlik adası" mənasını ifadə edir.
Foto:socotra.ru
Foto:Dan/Flickr
Foto:Soqotra (Yemen)/Flickr
Foto:dianadrz/Flickr
Foto:roseability/Flickr
Dorstenia gigas ağacı öz unikallığı ilə seçilir: onun yaşıllaşması və inkişafı üçün heç də torpağın olmasına ehtiyac yoxdur.
Foto:Ethan Hein/Flickr
Foto:Ethan Hein/Flickr
Başqa ekzotik bitki. Səhra qızılgülü (adenium obesium).
Foto:Ethan Hein/Flickr
Unikal xiyar ağacı (başqa adı- sivriuclu magnoliya). Bu bitki adi yaşıl və qabarlı xiyarın uzaq əcdadı sayılır.
Foto:Ethan Hein/Flickr
Foto:Soqotra (Yemen)/Flickr
Və s...
Mənbə:point.ru
Qeyd: Xahiş olunur. Əgər yazının azəricə tərcüməsini (buradakı) götürürsünüzsə, mənbəni qeyd edin (Olan və Bitən). Ya da gedin özünüz müəyyən xarici mənbələrdən tərcümə edin!
Balığı kim saxlayır?
Patok yoldaşım Nasir Nəsirlinin mənə göndərdiyi maraqlı məntiqi sualı sizlərə təqdim edirəm. Bəlkə elə siz də bu sualın cavabını tapa bildiz? Buyurun. Sualı olduğu kimi yazıram.
(bəlkə də bu suala hardasa rast gəlmisiz)
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu testi Albert Enşteyn tərtib edib. Dediyinə görə bu testi dünya əhalisinin ancaq 2%-i həll edə bilər. Baxın, görün siz həll edə bilərsinizmi? Buyurun, sualla tanış olun.
Qaydalar:
1. Beş fərqli rəngdə ev var.
2. Hər




