Bir gün azəriblogda Olan və Bitən-lə doğuldum. Və bu yaxınlarda Olan və Bitənin bir yaşı da tamam oldu. İşlər çox, baş qarışıq, yaşımı yeni ünvanla qeyd etmək vaxtında nəsib olmasa da, necə deyərlər -heç olmamaqdansa, gec olması yaxşıdır- düşünüb, bugün azəriblogla sağollaşıram. Olan və Bitən - oldu və bitdi. Amma hər başlanğıc bir son olduğu kimi, hər son da bir başlanğıc və yeni başlanğıcla bitdi bu sonluq. Yeni ünvana köçdüm. Bu qədər müddətdə azəriblogdan çox şey öyrəndim, yeni dostlar qazandım, geniş oxucu kütləsi qazandım və s. Buna görə azəribloga dərin
minnətdarlığımı bildirirəm. İnanriam ki, qazandığım bu oxucu kütləsi yeni unvanda da məni tək qoymayacaq. Hər zaman yaxın olacaqlar mənə.
Şəxsi websaytım kimi, fikirli.info-nu təqdim edirəm sizlərə. Artıq yeni ünvanda, yeni yazılarımla sizləri gözləyirəm, sizlərin fikirlərini, düşüncələrini, pis, yaxşı şərhlərinizi...
Və sonda... "Yolunu azmış bir bəndəyəm
Hamı belə deyir..."