Welcome to my blog

Olan və Bitən
Reklam verin!

my photo
my photo

new

BİR DƏ Kİ, MƏN

Soyuq skamya
Mart küləyi
Yazın gəlişinə qorxub
Ağac koğuşunda
Gizlənən
Köhnə yarpaqlar
Yarpaqlardakı üşüyən xatirələr
Sənsizlikdən cana yığılıb
Ruhumu cırmaqlayan
Qəlbim.
Susuz dodaqlarıma sığınan
Sevirəm sözü.
Peşiman baxışlarda gizlənən
Duyğulandığım gülümsər portretlərin...
Bir də ki, mən.

 



Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 81

Açar sözlər: birdə-ki-mən 

riyaziyyat aləminin bəzi aça bilmədiyi nüanslar, yoxsa...

Riyaziyyat aləmində belə çixdaşlar olur. Bunun səbəbi nədir? Yoxsa bunlar səhvdir? Yoxsa bunlar riyazi aləmin görünməyən üzləridir?  Buna oxşar başqa riyazi hesablamalar da olur. məs: 1+1=1.5 Hmm…

ps: Özüm çox fikirləşdim bunun üstünde və doğurdan da a=b olarsa, riyazi qanunlara uyğun olaraq cavab 2=1 olmalıdır. Şərh yazın. Düşünürəm mənim səhv olduğumu başa salacaqsız mənə... Bədbin


Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 142

Açar sözlər: riyaziyyat 

Köhnə Bakı (Old Baku)

ardına baxın... 

Davamı...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 89

Açar sözlər: old-baku 

DÜNYADAN 48 MİN DƏFƏ BÖYÜK PLANET

Elm adamları 47 ildən artıqdır ki, işıq ili uzaqlığında olan Aurigae günəşi sistemində, dünyadan 48 min 840 dəfə böyük bir planetin olduğunu aşkar edib. Kəşf edilən yeni Günəş sisteminin ən böyük planeti Yupiterden 37 dəfə iri olduğu söylənilir. Alimlərin fikrincə, bu yeni planet dünyanın necə meydana gəldiyi yönündə önəmli ip ucları da verəcək.

Mənbə: Təbib qəzeti


Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 85

Açar sözlər: planet 

140 İL HƏLLİ AXTARILAN RİYAZİ TEOREMİN CAVABINI İNGİLTƏRƏLİ PROFESSOR YUXUDA GÖRÜB

İngiltərənin aparıcı riyaziyyatçılarından biri, London Universitetinin  professoru Kroidi alimlərin 140 il üzərində baş sındırdığı Şvarç-Kristoffel teoreminin həllini tapıb. “Tayms” qəzetinin yazdığına görə, universitet məşğələsində tələbə cavab verən zaman professor oturduğu yerdə qəfildən yuxulayıb və röyasında teoremin universal həllini tapıb.
140 il qabaq hazırlanmış Şvarç-Kristoffel formulu müxtəlif obyektlərin, o cümlədən binaların, körpülərin, hətta təyyarələrin layihələndirilməsində istifadə olunur. Bu formul vasitəsilə strukturun daxili və xarici müqaviməti, eləcə də onun möhkəmlik dərəcəsi hesablanır. Bununla bele, klassik formul dəliyi olan və qəliz formalı mürəkkəb obyektlərin layihələndirilməsində istifadəyə yaramayıb. Professor Kroidi bu məsələni də həll edib, beləliklə, formul universal xarakter alıb. Son elmi nailiyyət riyazi modelləşdirmənin tətbiq sahəsini dəfələrlə genişləndirib.

Mənbə: Təbib qəzeti. 


Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 99

Açar sözlər: teorem 

ABŞ QİÇS İLƏ MÜBARİZƏYƏ YARDIMI ARTIRIB

ABŞ yaxın beş il ərzində dünyanın müxtəlif ölkələrində QİÇS ilə mübarizəyə 50 milyard dollar sərf edəcək. Bu, 2003-2008-ci illərdə Amerika hökümətinin bu bəlaya qarşı yönəltdiyi vəsaitdən üç dəfə çoxdur.

  QİÇS ilə mübarizəni maliyyələşdirmək planı istər Respublikaçılar, istərsə də Demokratların dəstəyi ilə Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.

  ABŞ konqresində demokratik çoxluğun lideri Nensi Pelessi deyib ki, bu bizim epidemiyaya qarşı mübarizədə mənəvi borcumuzdur.

  Ötən ilin mayında ABŞ prezdenti Nümayəndələr palatasından QİÇS ilə mübarizə üçün 30 milyard dollar ayrılmasını xahiş etmişdi. Bu vəsait 2,5 milyon xəstənin müalicəsi üçün nəzərdə tutulub.

  Ağ Ev xəbər verir ki, indiki məqamda QİÇS ilə mübarizənin Amerika proqramı üzrə 1,5 milyon adam müalicə oluna bilər.

  ABŞ əvvəlcə Vyetnamda, Hayanedə, Haitidə və 12 Afrika ölkəsində QİÇS ilə mübarizəyə yardım göstərib. İndi proqram daha da genişləndiriləcək və Malavi, Svazilend, Lesoto və Karib körfəzinin bəzi ölkələrini əhatə edəcək.

Mənbə: Təbib qəzeti.


Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 50

Açar sözlər: aids 

TARİXİ DÜŞMƏNÇİLİK

XIX-XX–ci  əsrlərdə Qafqazda  Azərbaycanlılara qarşı  Ermənnilər  tərəfindən məqsədyönümlü şəkildə  həyata  keçirinlən soyqırım  və deportasiya  siyasəti nəticəsində  xalqımız  tarixi görünməmiş  itkilərə, təhqirlərə, terror  aktlarına və s. kimi  vəhşiliklərə məruz qalmışdır.Yaşadığımız XXI-ci əsrdə  də ermənilər öz ərazi iddialarindan əl  çəkməmişdirlər.

    Ümumiyyətlə ermənilərin  Azərbaycan  xalqına qarşı  düşmənçiliyinin ilk rüşeymləri  hələ  XIX-cu əsrin əvvəllərinə təsadüf  edir.1813-cü ildə  Rusiya  və  İran imperiyaları arasında Gülüstan  və 1828-ci  ildə Türkmənçay  müqqvilələrinin imzalanması  nəticəsində Azərbaycan araz çayı  sərhəd olmaqla iki hissəyə: Şimali  və  Cənubi Azərbaycana bölündü.İmzalanan müqavilənin şərtlərinə əsasən  İran ərazisində  məskunlaşmış ermənilər kütləvi  şəkildə Şimali Azərbaycan ərazisinə köçürüldü. Bunun nəticəsində ermənilər  Naxçıvanda, Qarabağda və İrəvanda məskunlaşdılar.Göstərilən ərazilərin köklü sakimləri olmayan ermənilər  aməskunlaşmalarindan müəyyən müddət keçdikdən sonra  Azərbaycana  qarşı ərazi iddiaları irəli  sürmüşlər.Zaman keçdikcə ermənilərin millətçi ‘Qnçaq’ və ‘Daşnaksütyun’ partiyaları yaranmış  və həmin ərazilərdə tarixən  yaşamış Azərbaycanlılara qarşı amansız divan tutmuş və köçürmüşlər.
    Bu  tarixi  hadisənin   ardınca    1905-1906-cı il, 1918-1920-ci ildə mart qırğını, 1948-1953-cü ildə deportasiya  və nəhayət 1988-1989-bü ildən 1993-cü  ilə qədərki  müddətdə məlum Qarabağ hadisələri  və s. kimi qeyri-insani siyasət həyata keçirtmişdirlər.Hal-hazırdakı  dövrədək  onlar ərazi iddialarindan əl çəkmirlər
Davamı...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 94

Açar sözlər: qarabağ 

Cənnətdən məktublar (v.v3)


Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 93

Açar sözlər: cənnət 


Aşağıdakılara baxmısan? Şəkilin üstünə bassan peşiman olmarsan. new
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
vebzin HOST Queen kadr
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
mechul STIL Shebnem click
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
vug@r ruzigarim
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
milli facebook
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦

Reklamını burada yerləşdirmək istəyirsən? No problem. new

  YAZILAR CƏMİ: 77    Sonrakı səhifə »