Reklam verin!

Blogun sahibi: Asif Eminov  RSSRSS   emailEMAIL

Bu şəhərin günahı

Avqust 25, 2008 21:54   Yazan: blogcu    Baxış sayı: 236

Bu şəhərin
gözü qaranlıq şoselərində
Sənin kölgən görünər.
Bu kölgən də
Gecəni çöldə qalmaqdan qorxub
Maşın təkərlərinə yalvarar...
Hər gecə
Dabanı əyilən ayaqqabıların
Ayaqların altında əzilən
namusuna işarədir.
Damla-damla
bu gecənin yollarına tökülər...


            Davamı...

Yağışlı xatirələr

Avqust 25, 2008 21:49   Yazan: blogcu    Baxış sayı: 156

 

Yağışlı havalar istəyirəm
Köhnə pəncəyimi geyib
Əllərim cibimdə
Yenə gəlim
binanıza sarı.
Titrək-titrək
Pəncərənə boylanım.
Səni görcək
Həsrətim sənlə dolsun.


            Davamı...

Oğurluq!!!

Avqust 23, 2008 20:46   Yazan: blogcu    Baxış sayı: 205

Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub.

http://sensizolmaz.azeriblog.com/2008/08/15/sensizlik-depressiyasi  blogumun daimi olxuculari ve meni taniyanlar bilir ki, sensizlik depressiyasi mene mexsusdur. Demirsen ki, bashqa menbedir? Menbeni goster. Baxim hansi ... menim sheirimi bu gune salib!!! 

bu da senin mene yazdigin sherh!

============================

Oxucular, xahish edirem. Bu movzuya fikirlerinizi bildiresiz. 

Yeni ogurluq unvanlar.... Mene bunun koku lazimdir!!!

http://mix.az/love/page,1,1,15156-s601nsizlik-depressiyas305.html

http://uzaysel.azeriblog.com/2008/08/05/sensizlik-depressiyasi

http://www.azeribalasi.com/showthread.php?p=1189

Men sadece basah dushmurem, bu sheirlerimi niye bu gune saliblar? bashi ayagi bilmir. nagil kimi, ara qoymadan da ele rahat yaziblar kiiii!!!! Hirsli


            

Etüdlər və ya bədii tapmaca

Avqust 23, 2008 17:24   Yazan: blogcu    Baxış sayı: 186

****

Artıq cənnətə inanmır
Gecə yarısı
blok qırağında
Oyanan uşaq.

****

Çünki saqqızını itirdi.
Atasının cibində qaldı
Uşağin arzuları.

****

Susuz
balıqlar havada üzər
Elə bilər dənizdir.
Son ümidi var yaşamaqçün.


            Davamı...

Özgələr ( fəsil3)

Avqust 22, 2008 20:45   Yazan: blogcu    Baxış sayı: 162

 

 

Fəsil 3.

 

Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.

Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.

 

Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.

 

-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.

Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.


            Davamı...

Yeni dizayn )))

Avqust 22, 2008 15:58   Yazan: blogcu    Baxış sayı: 93

Blogumun stilini dəyişdim. Məncə bu daha da gözəldir. Həm də yeni imkanlar var. ))) Deyəsən, azəriblog sistemində belə zəngin dizayn yoxdur. ))) Çox çalışdım bunun kodlarıyla. Axır ki, düzəltdim. Birinci düşünürdüm bacarmaram. Çox qarmaqarışıq idi. Hətta bir webdizaynerə 30 manat da təklif etdim ki, düzəltsin mənimçün. Naz elədi. ))) Axır ki, özüm el-ayağını yığa bildim. )) Buyurun... Bu da bir arzu idi. Yerinı yetdi. )))

            

Özgələr( fəsil2)

Avqust 20, 2008 14:57   Yazan: blogcu    Baxış sayı: 174

Fəsil 2.
 
 
 
 

Telefonu qoydum. Axşamı o iki dostlarıma zəng etdim. 3xəttli əlaqə ilə. Biz həmişə belə danışırdıq çox vaxt. Konfrans əlaqəni aktivləşdirmişdim. Bir şeyi müzakirə edəndə belə danışırdıq.

 

-Nağı, kameranı tapdın?- sual verdim.

-Yox.- Müşfiq gülərək dinləndi.

-Ala, daha nəyə gülürsən? Guya yaxşıdır?

Nağı: -Müşfiq… Bad adam.

 

Nağının ən çox işlətdiyi fraza idi. Ən yaxşı şeyı, bir də ən pis şeyə həmişə baddır deyə cavab verirdi. Soruşanda ki, bu “bad”ın mənası nədir? Deyirdi: “bilmirəm. Dilimə düşüb deyirəm də”.

 
            Davamı...

Özgələr

Avqust 19, 2008 23:18   Yazan: blogcu    Baxış sayı: 154

Yazıdakı personajlar, məkanlar real həyatdan seçilib. Bilmirəm, Azərbaycan ədəbiyyatında dəhşət (horror) janrında yazan var, ya yox, amma çalışdım... nəsə... Xarici horror janrda yazan məşhur yazıçı Stiven Kingi tanıyırsız, yəqin. İndiki ən çox dəhşət, elmi fantastik kinolar da həmin yazıçının əsərləri üzərində qurulub.
Buyurun...
 

 

ÖZGƏLƏR


 
Fəsil1.

 

-Salam Bəxtiyar əmi. Necəsən? Biz sabah gəlmək istəyiriyeee. Tapdın o ovçuların yatağ dəstini? 3 dənə…

-Yox. İkisini tapmışam. Birini tapanmıram. Oğraş qonşularda olsa da, deyirlər yoxdu! Ya cırılıb, ya xarab olub. İkisi bəs eləməz?

-Biz 3 nəfərik axı? Demişdimeee sənə 2 dostum. Nağıyla Müşfiq. Onlarla gəlirəm.

-Bəs indiyə qədər niyə gələnməmişdiz?




            Davamı...

  Yazılar cəmi: 8