Welcome to my blog

Olan və Bitən
Reklam verin!

my photo
my photo

new

BİRCƏ O...

Özümə yeni bir dost qazanmışam, səndən daha gözəl, səndən daha çox sevgiyə layiq birisi. Vaxtilə dərd-sərimi bölüşən sən, indi isə sənin yerini o tutub. Bagışla, bu xəyanətimi. Məni buna vadar edən sənsizlikdən bezən baxışlar oldu. Amma bircə o doldura bildi, bu qəlbimdəki sonsuz quyunu. Dibindəki fəryad səslərini bircə o duya bildi ve sən əzabdan qurtulmaqçün, bircə o
 boğa bildi, öz şimşəkli buludlarından yağdırdığı suyu ilə. Bircə o... Bircə o söndürə bildi- öz nəfəsi ilə- dodaqlarımdan öpərək daxilimdəki sənli günəşi. Onun gətirdiyi gecələr, sənli günəşdən min qat daha səliqəli görsənir. O olcaq, unuda bildi bu yaddaş səni. O əllərimdən
tutanda, soyuda bildi sən qızdırdığın bu əllərimi.  Sənsizliyin nuru ilə işıqlanan yarı kövrək, yarı üzdə gülüş doğuran xatirələri bircə o dəyişə bildi, ehtiraslı baxışlarıyla. Birce o sağalda bildi, sənsizlikdən vərəm olmuş daxili dünyamı. Bu zəhərli dərmanın acısı,
 səni öldürməkçün ən yaxşı vasitə oldu. Bircə o...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 50

Açar sözlər: bircə-o 

etüdlər2?

*****

 

Məni göylərə apar
Azad ruhumuzla
Seyr edək bütün dünyanı.
Yıxılaq göylərin dərinliklərinə
Ulduzlar qədər uzaq olaq
pis insanlardan.
Məni göylərə apar.

ardi...

 

Davamı...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 41

Açar sözlər: etüdlər 

Nİtzşesayağı

Çoxumuz hələ doğulmamışıq. Hələ bəzilərimiz cürət tapmayıb, bətndə boğulub gömgöy göyərən insanlar sırasındayıq. Bəlkə də xoşbəxtliyimiz, xeyirxahlar içində xeyirxahlığa öyrəşməyimiz.

Davamı...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 35

Açar sözlər: nitsşesayağı 

Solğun şəhər

Yenə qədir-qiymətsiz külək, yenə sarılıq tutmuş payız, yenə bu paxıl şəhər. Bu səfər cəsarət deyilən şey illəri tapdalayıb, bu payızın küləyi ilə soldurub gətirdi məni. Davamı...

Girmisən.Daha əziyyətdən keçib. Şərh də yaz. Ən azından çoxsağolumu bildirəcəm.
Baxış sayı: 52

Açar sözlər: şəhər 


Aşağıdakılara baxmısan? Şəkilin üstünə bassan peşiman olmarsan. new
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
vebzin HOST Queen kadr
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
mechul STIL Shebnem click
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
vug@r ruzigarim
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦
milli facebook
◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦◦

Reklamını burada yerləşdirmək istəyirsən? No problem. new

  YAZILAR CƏMİ: 4