Reklam verin!

JALƏ

Yazmaq ehtiyacdı...


Blog Haqqında

jale
Yazmadan olmur. Özünüifadənin ən çətini yazmaq.

Hər yazdığın söz sənin bir parçan. Sözlərdən özünü toxuyarsan. Amma həmişə alınmır. Hər söz səndən bir parça ola bilmir. Amma ola biləcəyinə inanıram. Tanrının izn verdiyi zaman kəsiyində özümü sözlərdən toxuyub qurtarıncaya qədər yazacam.

İnşallah ki, ilməni qaçırmaram...

Bəs sonra?

Bilmirəm...

Axtarış

Açar sözlər

test 

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 5715
  • Dünənki hit: 130
  • Bugünki hit: 157
  • Ümumi hit: 18958

Müxtəlif

Yazanlar günü

Bu gündən keçə bilmədim.

Jurnalistika adına nə zamansa əlinə qələm almış hər kəsi təbrik edirəm.

İnanıram ki, bacardığınız bu deyildi, göstərilməyə qoyulan bu idi.


Davamı...


Bu mənim şəhərimdi...
jale
İyul 22, 2008 16:30
Baxış sayı: 40

Şərhlər(3)

Üfüq

Biri vardı, biri yoxdu, əzizlərim. Yer üzündə təkcə onlar vardı. Başları üzərində masmavi səma vardı, bir də göylə yerin birləşdiyi Üfüq. Üfüqə doğru sakit-sakit gedirdilər. Ora çatınca xoşbəxt olacaqdılar…

Bir gün O Onu sevdi. O özünü sevdirmədi. O özü sevdi. O özünü sevdirmək üçün heç nə eləmədi. O sevmək istədiyi üçün sevdi, ehtiyacı olduğu üçün sevdi. İnandı ki, Onu sevincə Üfüqə çatacaq. Uzun-uzun yolları getməkdən yorulmuşdu. Onlar getdikcə Üfüq də uzaqlaşırdı. Niyə qaçırdı onlardan, neyləmişdilər Üfüqə? Üfüqə möcüzə lazım idi - O da Onu sevdi.


Davamı...


Hekayələr
jale
İyul 11, 2008 17:17
Baxış sayı: 58

Şərhlər(5)

Etibarsız yuzer

Heç ağlına gəlməz…
(Ağlın varmı ki)
Bir sirr açım sənə -
adın illərdi paroldu
bütün elektron ünvanlarıma…

Dəyişə bilmirəm.
Səni həyatımdan silmək qədər
olmadı asan.
Son xatirən – elektron unvanlarıma
parolsan coxdan…

Davamı...


Şeirlər
jale
İyul 10, 2008 19:21
Baxış sayı: 68

Şərhlər(8)

Alça çiçəklərinə ithaf

Qollarını yana açıb,
üzünü göyə tutub,
dünyanı ciyərlərinə çəkib,
gözlərini bərk-bərk yumub
dayanmısanmı ayaqyalın
alça ağacının altında,
alca ağacı çiçəkləyəndə?


Davamı...


Şeirlər
jale
İyul 9, 2008 14:16
Baxış sayı: 56

Şərhlər(5)

Gecikmə

Mən hər şeyin fərqindəyəm -
oğrun baxışının da,
məndən qaçışının da,
göydə uçuşunun da…
Gecikmə!


Davamı...


Şeirlər
jale
İyul 8, 2008 17:10
Baxış sayı: 49

Şərhlər(3)


  Yazılar cəmi: 57    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com