Reklam verin!


zerdushtİyul 2, 2008 14:30

Duman tək itmisən xatirələrdə-
Xatirə dəftərin açım,açmayım?
Gözlərin əlindən uzaq Sibirə,
Isinmək üçün mən qaçım,qaçmayım? Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:6
zerdushtİyul 2, 2008 14:09
Yaman sakit,yaman səssiz,
Bu Bakının küçələri...
bu şəhər kimsəsiz sənsiz,
illah da ki, gecələri... Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:6
zerdushtİyul 2, 2008 14:06
Üzümdə baharın isti nəfəsi,
Dilimdə sevginin acı tamı var...
Hələ açılmayıb ömür qəfəsi,
Hələ Əzrailin çox bayramı var.. Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:9
zerdushtİyul 2, 2008 14:03
Düşünən beyindir- qabaran əldir,
Alışan ürəkdir- danışan dildir..
Payızda soyuqdan büzüşsə,solsa
Yazın əvvəlində o yenə güldür! Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:7
zerdushtAprel 27, 2008 14:24

Uşaq vaxtı kölgəmlə oynamağı sevərdim.Elə indi də,bir də görürsən harasa gedənə,ya da şəhərimizin küçələrində avara-veyil gəzəndə,əsas da gecələr kölgəmlə demək olar ki,gizlənpaç  oynayıram.Elə indi də o vaxtkı kimi dala qabağa gedərək maraqla onun hərəkətlərini izləyirəm- kak v starıe dobrıe vremena –yəni ötən gözəl zamanlardakı kimi - bizim dildə tərcüməsi o qədər də dəqiq alınmır,bəlkə də mən alındıra bilmirəm.

Davamı...
nəsrŞərhlər(2)     Baxış sayı:47
zerdushtAprel 27, 2008 13:49
Şəhərin küçələrinə payız gəlir- asta-asta,addım-addım.Payızın küləkləri xəlvətcə casusluq edir qoca şəhərin küçələrində,tinlərində,parklarında...O tin sənin,bu küçə mənim süpürür şəhəri gah o yana,gah bu yana....Elə bil ki,məqsədi heç süpürmək də deyil.Şəhəri,camaatı axmaq yerinə qoyubdu sanki.Day demir ki,bu şəhər neçə payız yola verib,bu insanlar neçə xəzan görüb...
Davamı...
nəsrŞərhlər(0)     Baxış sayı:34
zerdushtMart 21, 2008 14:34

Hardasa bir çoban deyir bayatı,

Hardasa bir çiçək açılır,solur...

Bu çoban həyatı,çiçək həyatı,

Mənim bu nigaran qəlbimə dolur...

Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:62
zerdushtMart 21, 2008 14:26

Ayaz vurub çiçəkləri,

Gülündə hal qalmayıbdı... 

Davamı...
''''nadirler''''Şərhlər(0)     Baxış sayı:59
zerdushtYanvar 7, 2008 20:37

Hər şey – daha doğrusu onda hər şey var idi,heç bir şey - yəni hər şeyin varlığından sonrakı üzücü boşluq həyatıma daxil olmağa qələmimin qırılmağı ilə başladı.Lap xoşladığım kriminal filmlərdəki kimi- elə bil qadir bir əl qələmimi sındırıb atdı qabağıma,və mənə niyəsə elə gəldi ki,qələmi mən özüm sındırdım.Beləcə qələmim qırıldı- yazı yazdığım yerdə.Yadıma Afaq Bəşirqızının “qələm demə,denən öyümüzün dirəyi itib,denən çörək ağacımız itib...” ifadəsi düşdü.Üst-üstə əlli manatı bir yerdə görəndə hansısa bir bankın xəzinəsinə girdiyini düşünərək həyəcanlanan Mənin- sanki bu başqa bir adamın adıdı və mən ondan danışıram - canından bir üşütmə keçdi ki,gəl görmiyəsən,tüklərim biz-biz durdu.

Davamı...
nəsrŞərhlər(0)     Baxış sayı:73
zerdushtDekabr 16, 2007 1:03

-- Diqqətlə baxın,xahiş edirəm…baxın....oğlandı …XXI əsrdə cavan oğlan,məktəbli…İlk olaraq ayaqqabısına baxın-  qara,sadə….Hələ şalvarı- heç kimin ağlına gəlməz…2007-ci il,qara trapez şalvar və qara ayaqqabı -uzunburun…Baxın-baxın….Hələ köynəyi- ağ rəngdə...

-- Yanındakı...-- Ağacı deyirsiniz?

-- Yox əşşi...Qızı deyirəm...

 

Davamı...
nəsrŞərhlər(1)     Baxış sayı:96
  Yazılar cəmi: 13    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com