Bu gün bir tanışımı,sadəcə,yoldan keçərkən gördüm,
sadəcə,salamlaşdıq,
sadəcə,"necəsən" dedim
sadəc, bezdirdim
sadəcə,nifrət etdi mənə,
sadəcə,sağollaşdıq.
sadəcə,ürək sözə baxmır...
sadəcə,ağlamaq istəyirəm...
Bölməsiz
Baxış sayı:4
Külək ruhumu cismimdən sovurur.Bakı küləyi.Bu küləkli havada İçərişəhərin bir ayrı ləzzəti var.Xüsusi dəniz qoxusu dalanları bürüdü.Dolaşa-dolaşa Şirvanşahlar sarayının arxasına çatdım.Burada dəniz möhtəşəm görsənir.Ləpələr ordusu sahilə doğru hücum edir.Yəgin bu tərəfdə quşçu da var.Ağ,qəhvəyi,qara göyərcinlər külək cərəyanında müvazinət saxlamağa çalışırdılar...Mənzərə çox gözəl idi...Seyr etdikcə fikirlərim tənbəllikdənmi,yorğunluqdanmı öz yerlərinə oturdular...Apardı məni bu mənzərə uzaqlara,xəyal aləmimə,bəlkə də doğmaca gələcəyimə...
Davamı...
Mövlud Süleymanlıya
Göydən kədər tökülür…
Babamın əlindən öpdüm,
“Əlimi seliklədin”- deyib
barmaqlarını köhnə pencəyinə sürtüşdürdü…
O gündən sonra
Beynimdə nələr dolaşmadı…
Bir səhər günəşi,
Bir səhər dənizi,
Bir səhər adamları
Güllələmək istədim…
Davamı...
Darvazadan keçirsən,binaya girib
-Uşaqları görmək mümkünmü?
-Müdir burada,icazə verərsə.
Müdirin otağında piy toxumasından bol olan bir xanım əyləşib.Uşaqlar yatıb,kənar
şəxslərə olmaz və s. kimi bəhanələrdən sonra icazə verdi.Aldığımız ərzaqları
bufetə verdik.Uşaqların yanına kecdik.Baxanda düşünürsən ki,hər şey var:isti
yataq,geyim,gida,televizor...Uşaqlar oynaşırdılar.sevincli səsləri aləmi
götürmüşdü.Amma bu səslər cox kövrək gəlir.Elə bil sevincə bir kədər qatılır,elə
bil bu gülüşlər bir an içində göz yaşına çevrilə bilər.Və onda onu hansısa,doğma
olmayan tərbiyyəçi sakitləşdirir.Buna görə maaş alır ona görə sakitləşdirir.Səbri
çatmır,Üstünə qışqrır"Di sakit ol!" Uşaqlardan biri yeməyin yeyə-yeyə:
-Allah sizdən razı olsun,cox sağ olun ki,bizi unutmursuz,Allah sizə can sağlığı
versin.Allah əvəzini versin!...
Bu uşağın kimdən belə öyrənməsin soruşduq.5 yaşlı uşaqdan belə sozlər
eşitmək...süni alınır.Ağlıma ilk gələn fikir-bəlkə o uşağı dilənməyə məcbur
ediblər?bu suallar cavabsız qaldı.
Əlimdən tutub bir doğma toxunuşa,doğma baxışa möhtac...
Pəncərəmin önünə bir qarğa qonmuşdu. Elə hey onu seyr edirdim. Qarğa qanadlarını təmizləyirdi. Yəgin uzun yol uçub. Qanadın lələklərini nizama salırdı. Birdən qarğa lələyin birini artıq bilib,kobud şəkildə özündən qopardı. Bu lələk qarğaya artıq lazım deyildi. Və lələk ağırlıq qüvvəsinin təsiri altında,başı fırlana-fırlana yerə yıxılırdı. O yixilacağının fərqində deyildi,Lələyə daha çox onun istifadə olunub atılması pis təsir edirdi. Özünü sınmış,lazımsız,atılmış hiss edirdi.
Bunlar qoca Küləyin gözündən yan keçmədi. Külək baba Lələyi qoynuna alıb,uzaqlara apardı. Lələk bunu anlayanda artıq çox uzaqda idi. Hardasa Primorski tərəflərdə. Külək baba Lələyi qayğıkeşcə atılmış taxta parcçalarının üstünə oturtdu. Özü də onun yanında əyləşdi.
Artıq saat doqquzdur. Günəş yatmağa gedir. Dəniz öz sevimli al qırmızı libasın geyindi. Hər ikisi səssizcə,dinməz bu solçu Dənizi seyr edirdilər.Lələk ətrafa boylanıb tanımağa çalışırdı. Külək bu baxışları anlayıb:
-Narahat olma,yaxınlarda hamı ilə tanış olassan,bəlkə hələ dost da olduq səninlə.İndi isə dincini al.
-Çox sağ olun!
Lələk bütün incikliyi bir təbəssümə yükləyərək gülümsündü.Təbəssüm bu yükə dözmədi və bir damla göz yaşını köməyə çağırdı.
Hər səhər oyanıb sənin boz-xəzər gözlərinə baxmaqla artıq xoşbəxtəm.Hələ yuxulu,amma dünənki kimi doğma baxışlarım...Hər səhər oyanıb səninlə olmağıma,sənin olmağıma gülümsəyirəm.Bilmirəm bunu sənə demişəm,ya yox,amma Mən Səni Sevirəm,Bakım!Bilmirəm niyə,bəlkə də doğulan an ciyərimə hopan ilk nəfəs sənin Xəzər nəmli,neft qoxulu havan olmasa idi,heç səni sevməzdim.Küçələrinə tüpürən sakinlərin kimi sənə nifrət edərdim.İncimə.
Bu səhəri sənə həsr edirəm.Günəşin sarışınlığını əks etdirən sarışın küçələrində dolaşıram.Gündüzlər tıxaclardan,gecələr avtoşlardan bezmiş həmən küçələrində.Yollarda şütüyən inomarkaların fonunda,skamyada yatan səfillərdən soruşacam səni.Onlar sənin iç üzünü tanıyırlar.Yaxınlaşmaq istəyirəm...Amma skamya ətrafı qara kölgə məni qorxudur...İki addım irəli...Bu kölgə deyilmiş,günəbaxan tumu qabığı imiş.Çox ayıb.Necə də natəmizsən,Bakı.Ətrafıma baxıram.Əyri-üyrü binalar,salınmasından 1 il keçməmiş,çat-çat olmuş asfalt yollar,insan daşımaq üçün nəzərdə tutulmayan,amma kobud şəkildə,insanla dolu qazellər...başım firlanır...qarnı özündən əvvəl gələn,yaxası açıq polislər,gündüzlər milçək vızıltılı,gecələr fahişə mızıltılı dalanlar...hamısı məni qorxutmaq istəyir,hamısı üstümə gəlir...Necə də eybəcər,keyfiyyətsiz və ucuzsan,Bakı.Bəlkə mən səni tanımıram.Bəlkə sakinlərin düz edib keyfiyyətsiz binalarına,çirkli dənizinə,ölü İçərişəhərinə susurlar.Bəlkə sən buna laiqsən.Sakinlərin korluğuna,lallığına laiqsən?
Bilirəm ki,yox. Amma sakinlərin laiqdir.Elə mən də.Biz səni qoruya bilmirik,yaşada bilmirik.Biz ancaq sevməklə kifayətlənirik.
Kim nə deyər, bizdə olan qeyrətə...
Sabir
Qarşıdan ADR-in 90 illik yubileyi gəlir. Hərə bir cür hazırlaşır yubileyə. Bir neçə gün öncə "Müsavat" partiyası domino çempionatı keçirdi. Təbii ki, ADR naminə. Bundan əlavə, sabah-birisigün başqa partiyalar da bir-birinə qoşulub, Novxanıda "semiçka" çırtlamaq marafonuna qoşulacaq. Başqaları da bir-iki ağız himn oxuyacaq, bu da olacaq ADR-in 90 illik yubileyi. YAP-çılar da bir qıraqdan çıxıb deyəcək ki, ADR xalqa məxsusdur, yaxud ADR və uğurlu Heydər Əliyev siyasəti...
Deyəsən, naşükürlük etdim. Buna da şükür! Yenə heç olmasa siyasi partiyalar ADR-i yada salırlar. Adamın Allahı var. Heç olmasa ildə bir dəfə də olsun Rəsulzadə və onun yaratdığı hökumətdən danışırlar.
Yoxsa bizim bəzi düşük vətəndaşlarımız kimi... Artıq bütün günü ağızlarını açıb, gözlərini yumub, Elnur Hüseynov belə gəldi, "Day After Day" elə getdi, Samir Cavadzadə elə-belə getdi deyə çənə yorturlar. Başı çıxan da danışır, çıxmayan da. Əgər günü bu gün şəhərdə kiçicik bir sorğu keçirsəniz ki, qarşıdan hansı əlamətdar gün gəlir? Təbii ki, 90 faiz sorğu iştirakçısı deyəcək ki, "Eurovision" finalı, ya da futbol üzrə Avropa çempionatı. Bir halda ki, tarix müəlliməsi sinifə daxil olub, uşaqlardan soruşsun ki: "Axşam "Eurovision"a baxa bilmədim, "Azərenerji" işıqlarımızı kəsmişdi. Azərbaycan finala çıxdı?"... Camaat ADR-zad fırlamır. Vallah...
Halal olsun Alyaska paytaxtının merinə. Mayın 28-ni Azərbaycanın milli günü elan edib. Bu da azmış kimi, üstəlik şəhər meri Mark Beqiç yazılı bəyannamə də imzalayıb və Azərbaycan mətbuatına göndərib. Maraqlı olduğuna görə bəyannamədən bir parçanı olduğu kimi yazıram: "90 il ərzində bütün dünya azərbaycanlılarının 28 may gününü qeyd etdiyini və Azərbaycanın ABŞ-ın strateji partnyoru olduğunu, NATO-nun partnyoru olduğunu və Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlar keçirdiyini nəzərə alaraq, mən - Ankoric meri Mark Beqiç 2008-ci il 28 may-ı "Azərbaycanın milli günü" elan edirəm və Ankoricin bütün sakinlərini Ankoricdə və Alyaskanın digər yerlərində yaşayan Azərbaycan vətəndaşlarını təbrikimə qoşulmağa çağırıram".
ADR Mark Beqiçə o qədər təsir edib ki, kişi indi girişib Azərbaycanca öyrənməyə. Azərbaycanca öyrənir ki, Hacıbala Abutalıbova məktub yazsın: "Yekə adamsan, mən amerikalı ola-ola burada sizə bayram edirəm... Sənsə orada asfalt çəkib, gül sulayırsan. Bu da azmış kimi, Kukla Teatrı ilə üzbəüz Rəsulzadənin heykəli ucaldılması planlaşdırılan parkda xatirə daşını götürüb, əvəzinə "qarşokvari" fəvvarə düzəltmisən. Belə olmaz. Cəhənnəm, parkda heykəl qoymursan, qoyma. Heç olmasa Bakı Dövlət Universitetinə Rəsulzadənin adını qaytar, heykəlini ucalt".
Ümumiyyətlə, bu gün üçün Azərbaycana ADR lazım deyil. Əgər lazım olsaydı, cəmiyyət çoxdan Rəsulzadəyə heykəl də ucaldardı (ən azından mənəvi heykəl). Günümüzdə Samir Cavadzadə və Elnur Hüseynov cütlüyü ADR və Rəsulzadədən üstün tutulur. Hələ tələsməyin, "Eurovision"dan gələn kimi Babanın oğlu hərəsinə 100 min "göy" verəcək"... Bu da olacaq cəmiyyətimizin 28 Manıs... bağışlayın, 28 Mayıs törəni...
Bir neçə ay bundan öncə Ağsu şəhərində Rəsulzadənin adını daşıyan istirahət parkından Rəsulzadənin büstü oğurlanmışdı. Hələ də həmin büstdən xəbər yoxdur. Ey gülməşəkər məmurlar, bundan sonra Rəsulzadəyə heykəl ucaltmaq-zad lazım deyil. Heç olmasa ucaldılan heykəl və büstlərə dəyib, toxunmayın...
P.S. O gün Rəsulzadə ilə bağlı dəyirmi masaya qatılmışdım. Bir saatlıq dəyirmi masanın 45-50 dəqiqəsi Heydər Əliyev və onun siyasətinə həsr edilmişdi.
mənbə:www.almaqezeti.com