Reklam verin!

Elmi bloq

yeniliklər, prespektivlər, ümidlər, uğurlar

May 25, 2008 17:29

  Elan

"Elmi Azərbaycan" onlayn elektron dərgisi yaxın zamanda fəaliyyətə başlayacaq. Dərgi əsasən tələbələr, elmi işçilər üçün nəzərdə tutulub və aşağıdakı sahələri əhatə etməyi planlaşdırır:

- astronomiya - kosmologiya

- genetika - fizika

- riyaziyyat - biologiya

- kimya - informasiya texnologiyaları

Dərgidən adıçəkilən elm sahələri üzrə mütəxəssis olmayanlar da istifadə edə biləcək, belə ki, dərgidə elmi-kütləvi yazılar və elmi xəbərlər də yer alacaq.

Bizə yardımçı olmaq, məqalələrini vermək istəyənlərdən dərginin Yahoo qrupuna üzv olmaqları xahiş olunur.

Hörmətlə,

"EA"
May 6, 2008 22:02

  Barion asimmetriyası

Yüksək enerjilər fizikasının başlıca problemlərindən biri barion asimmetriyasının (zərrəciklərin antizərrəciklərdən çox olması) izahıdır. Elementar zərrəciklərin Standart Modeli bu asimmetriyanı qismən izah etsədə, həmin yaxınlaşma Kainatda maddənin üstünlük təşkil etməsini (antimaddəyə nəzərən) tam aydınlaşdırmağa imkan vermir.

Bu səbəbdən Standart Modeldə olmayan yeni bir effekt axtarılır (fizikçilərin nədən belə etdikləri haqqında artıq yazmışam). Belə effekti ola bilsin ki, Yaponiyada yerləşən KEK sürətləndiricisi aşkar etməyə müvəffəq olub (əslində olacaq).

Sürətləndiricidə elektron və pozitronların toqquşması nəticəsində B-mezonlar əmələ gəlir, onlar da öz növbəsində K-mezon və pionlara dağılır. Təcrübə 6 il aparılıb və 535 milyon B-mezonun dağılması öyrənilib. Neytral B-mezonların dağılması daha tez baş verib (onun antizərrəciyinə nəzərən), yüklü B-mezonlarda isə antizərrəciklər daha sürətlə dağılıb.

Standart Modelə görə isə hər iki proses eyni cür baş verməlidir, həm neytral, həm də yüklü B-mezonlar üçün. (bunu mən demirəm, doğrusu heç bilmirəm necə hesablanır, amma jurnalda bu qeyd var idi)

Hələlik yeni effektin Kainatdakı barion asimmetriyasını tam izah edib-etməməsi aydın deyil. Alınan nəticələrin LHC'də (Böyük Hadron Sürətləndiricisi, CERN) təsdiqlənəcəyini və müəyyən yeni nəticələrin alınacağı gözlənilir.

Yazı УФН və Nature jurnallarındakı müvafiq xəbərlər əsasında hazırlanıb.

Mart 8, 2008 23:12

  Yarışmalar, konfranslar, yay məktəbləri

Nəzəri fizikadan olimpiada, Moskva, son tarix 1 aprel 

Lev Landaunun anadan olmasının 100 illiyi münasibətilə Landau adına Nəzəri Fizika İnstitutu (Moskva) tələbələr arasında Nəzəri fizikadan olimpiada keçirir. Olimpiadada iştirak etmək üçün ilkin mərhələdə Moskvaya gəlməyə ehtiyac yoxdur, bunun üçün yarışmanın məsələlərini həll edib (hamısını həll etmək mütləq deyil) QuestionsOlympiada@itp.ac.ru və OlympLandau@mccme.ru ünvanlarına yollamaq lazımdır. Məsələlərin həlləri aprel ayının 1-nə kimi göndərilməlidir.

Yarışma haqqında ətraflı


"Faza keçidləri və renormalizasiya qrupu" yay məktəbi, İstanbul, 13-24 iyul

Feza Gürsey institutu tələbələr üçün "Faza keçidləri və renormalizasiya qrupu" adlı 10 günlük mühazirə-məşğələ keçirir. İşçi dil türk dilidir. Yay məktəbində iştirak etmək üçün iştirakçısı formasını doldurmaq lazımdır. Həmçinin sizinlə işləyən alimdən (elmi rəhbərinizdən) sizin barədə rəy məktubu iştirakçı formasında göstərilmiş ünvana göndərilməlidir.  Son tarix: 1 may.


P.S. Ətraflı məlumat almaq istəyənlər mənimlə əlaqə saxlaya bilər.

Fevral 11, 2008 4:46

  Məşhur alim Lütfi Zadə Bakıya səfər etmək niyyətindədir

Məşhur Azərbaycan mənşəli alim, riyaziyyatçı, Kaliforniya Universitetinin (Berkli) professoru Lütfi Zadə (Lutfi Zadeh) Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

«O, Bakıya, Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun 50 illiyi münasibətliyə yubiley bayramına dəvət edilib» - məlumatda qeyd edilir. Yubiley tədbirlərinin dəqiq tarixi hələ dəqiq müəyyənləşdirilməyib.

Lütfi Zadə Azərbaycanın informasiya texnologiyalarının inkişafı sahəsində böyük perspektvilərə malik olduğunu hesab edir. O, Azərbaycanda tərkibinə sənaye sahələrinin ekspert nümayəndələrinin, təkcə Azərbacyanın deyil, məsələn, Türkiyə və Rusiyanın da ali təhsil müəssisələri və elmi-tədqiqat institutunun az sayda alimlərinin daxil olacağı elmi-texniki araşdırmalar və hazırlıq mərkəzinin yaradılmasını tövsiyə edib.

Ekspertin rəyinə görə, informasiya texnologiyaları istiqamətində təhsili möhkəmləndirmək, xarici ölkə elmi-tədiqat institut və universitetlərindən alim və professorları nanotexnologiyalar üzrə mühazirələr oxumağa dəvət etmək lazımdır.

Lütfi Zadə beş fundamental elmi nəzəriyyə təklif edib. Berklidə (ABŞ) İnformasiya texnologiyaları üzrə Zadə institutu – İTZİ yaradılıb. Zadənin Z-dəyişmə adlanan işi diskret və rəqəmli idarəetmənin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsası olub. Zadənin fəza duruşları, dinamik sistemlərin idarəsi və müşahidəsi haqqında məşhur nəzəriyyələri müasir idarəetmə nəzəriyyəsinin əsasını təşkil edir. /Ekspress qəzeti/

Fevral 9, 2008 1:41

  İnsanlığı süquta aparan elm və teхnika (I hissə)

Teхniki nailiyyətlər heç də həmişə bəşəriyyətin inkişafına х idmət etmir


Elm və teхnika çoх böyük sürətlə inkişaf edir. Amma bu inkişaf heç də həmişə sabaha ünvanlanan nailiyyətlər hasil etmir. Bəzən hazırkı zamana böyük fayda gətirən nəsnələr gələcək üçün ağır çöküntülər saхlayır. Bu sırada bir çoх   elmi kəşflərin, teхniki nəaliyyətlərin   adını qeyd edə bilərik. Hansı istiqamətə çevrilsək, hər yanda onları görəcəyik.

Davamı...
Fevral 9, 2008 1:19

  Yeni bir dünya yaranır!

Amerikalı astronomlar, kosmosun  dərinliklərində yeni bir "Dünya" yaranmağa başladığını təspit etdilər.
Dünyadan 424 işıq ili uzaqlıqdakı "HD 113766" kodlu ulduzun orbitində, dünyanın yaranmağa başladığındakına bənzər tərkibdə və yoğunluqda toz buludu kəşf edildi.

NASAya aid Spitzer Teleskopuyla kəşf edilən hadisənin, "yeniyetməlik dövrünü yaşayan" bir planet olduğu təxmin edilir. alt
    Astronomlar bunun mars planeti qədər material daşıdığını bildirirlər.Gələcəkdə bu planetdə mars qədər sərt qaya və maddələrtin yaranması ehtimalı var.Hətta bızi alimlər orada suyun varlığını belə idda edirlər.
   Planeti kəşf edən və özlərinə "planet ovçusu" adı verən alimlər indiyə qədər 250 -dən cox Günəş sistemi kənardında dünyamıza bənzər planet tapıblar.Planetin 10 milyon yaşında olduğu təxmin edilir.Və bununla dünyamıza bənzər formalaşmasi üçün daha 4 milyard il gərəkdir.

Mənbə: Xazar Daily

Fevral 8, 2008 13:22

  ANS genetik kod yazır. Hələlik saytında...

Azərbaycan mətbuatında hər zaman elmi yazılara az yer verilib. Heç elmi qəzet və jurnallarımız (böyük kütlə üçün) da yoxdur axı, "Elm və Həyat" az qala ildə bir dəfə işıq üzü görür, "Azərbaycan təbiəti"nin taleyindən ümumiyyətlə xəbərsizəm, Məmməd Arazdan sonra görünür jurnala yiyə duran olmayıb.

Hərdən bir "Ekspress" qəzetində, ANS press-də, APA informasiya agentliyinin səhifəsində elmə aidiyyatı olan yazılara rast gəlmək olur, amma... Həmin yazıların səviyyəsi çox aşağıdır və müəlliflərin elmdən çox-çox uzaq olduğu elə ilk andan nəzərə çarpır. Bu barədə ANSPress-in forumunda Elm və KİV mövzusunda da yazmışdım və orada bir-iki yazının təhlilini aparmışdım.

Bugün ANS-in saytında Venter İnstitutu DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib məqaləsinə rast gəldim. Məqalədə bəzi məqamları heç anlaya bilmədim deyə, istinad edilən mənbəyə girib oxumağı qərara aldım.

ANS-in yazdığı kimi "DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib" ifadəsinə nə istinad edilən mənbənin annotasiyasında (orada söhbət rekombinasiyadan gedir, özü də DNT-nin yox), nə də digər elmi xəbər saytında gördüm. Rast gələcəyimə ümid də etmirdim, çünki DNT-nin yerdəyişməsi nə deməkdir, çətin kimsə anlada bilsin.

Həmçinin yazılarda "yeni genetik kod yazılması"na da rast gəlmədim. Bunu necə etmək olardı, axı tədqiqatçılar bakteriyanın genomlarını götürüb süni DNT strukturu (molekulu) yaradıblar, daha yeni gen yox.

Görünür, genetika elminə aidiyyatı olmayan bir jurnalist sadəcə ingilis dilini bilməsi ilə kifayətlənib, ağına-bozuna baxmadan "zıplayəb" tərcüməni sayta, "onsuz oxuyan olmayacaq" fikri ilə. Bax bununla razılaşmaq olar, həqiqətən elmi xəbərlər Azərbaycan oxucusuna lazımdırmı...

Fevral 4, 2008 23:47

  ŞÖHRƏT LABORATORİYASI AZƏRBAYCAN 2008

Şöhrət Laboratoriyası nədir?

Şöhrət Laboratoriyası elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasıdır.

İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.

Şöhrət Laboratoriyasının məqsədi nədir?

Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər. Biz televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındayıq.

Mənim seçilməyə hüququm varmı?

Seçimdə sizə münsiflər heyətini elmi cəhətdən dəqiq, əyləncəli, orijinal və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanan çıxış ilə valeh etməyə üç dəqiqə veriləcək. Siz 18-35 yaş arası olmalı və elm sahəsində işləməlisiniz. Bura həm şəxsi, həm də ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis və yaxud riyaziyyat sahələrində çalışan şəxslər daxildir. Müsabiqənin məqsədi elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaratmaqdır.

 

Davamı...
Yanvar 30, 2008 19:52

  Venter İnstitutu DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib

Süni bakteriya üzərində işləyən alimlərin sözlərinə görə,bu günə qədər belə naliyyət əldə edilməyib.

ABŞ-da fəaliyyət göstərən Venter İnstitutu ilk süni orqanizmin yaradılmasında əhəmiyyətli irəlilyəiş əldə edərək DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib. ANS PRESS-in məlumatına görə, elmi nailiyyət barədə ilk məlumat “Science” jurnalının sonuncu buraxılışında verilib. Süni bakteriya üzərində işləyən alimlərin sözlərinə görə, söhbət sadə orqanizmdən getməsinə baxmayaraq, bu günə qədər belə nailiyyət əldə edilməyib.

Belə ki, alimlər ilk dəfə yeni genetik kod yazdıqlarını söyləyiblər. Elm adamları həmçinin bu nailiyyətin gələcəkdə bio-yanacaq əldə edilməsi, eləcə də qlobal istiləşməyə qarşı mübarizədə böyük əhəmiyyətə malik olacağını bildiriblər. Hüceyrə araşdırmalarında iştirak edən Den Qibsonun sözlərinə görə, hazırda əsas məqsədlərinin yeni yaradılan hüceyrəyə süni xromosom yerləşdirərək ilk süni orqanizmi yaratmaqdır.

Alimlər bu dəfə yaratdıqları “Maykoplazma Genitalium” bakteriyasından digər sintetik hüceyrə yaratmağa cəhd göstərəcəklər. Qeyd edək ki, insanının yaratdığı bakteriya olduqca sadə hesab edilir. Belə ki insanın DNT-sində təxminən 36 min gen olduğu halda, bu bakteriya 580 genə malikdir. /ANS TV/

Noyabr 28, 2007 5:54

  Tədqiqat nüvə reaktorları sahəsində strategiya və biznes planları

Dekabrın 16-19-da Beynəlxalq Atom Enerjisi üzrə Agentlik (MAQATE) Vyanada “Tədqiqat nüvə reaktorları sahəsində strategiya və biznes planları” mövzusunda seminar-görüş keçirəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Tədbirdə çıxışının nəzərdə tutulduğunu bildirən Adil Qəribovun sözlərinə görə, seminarda nüvə reaktorlarının fəaliyyəti və idarə olunmasına dair məruzələr dinləniləcək. Seminarda 20-yə yaxın dövlətdən ekspertlərin iştirakı nəzərdə tutulub. Adil Qəribov seminarda Azərbaycanda tədqiqat-nüvə reaktorlarının yaradılması, idarə olunması məsələlərinə dair məruzə ilə çıxış edəcək. /APA/


Yazılar cəmi: 16    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com