Reklam verin!

Blogun sahibi: Asif Eminov  RSSRSS   emailEMAIL

Ümid

Sentyabr 29, 2008 1:55   Yazan: blogcu    Baxış sayı: 413

Ümid

Yenə də həmişəki qəhrəmanımız...


            

Pagerankım 4 oldu

Sentyabr 28, 2008 2:15   Yazan: blogcu    Baxış sayı: 195

(8)

pagerank checker

Salam, əziz dostlar. Bugün təsadüfən blogumdakı sayğaca baxanda pagerankımın 1 pillə də artığını gördüm. Amma sözün düzü bir az təəccübləndim (bu qədər tez bir müddətə nə əcəb pagerankımı qaldırıblar görəsən?). Sonra isə Googlenin öz pagerank checker saytında analiz etikdən sonra həqiqətən pagerankımın yüksəldiyini gördüm... Və bu sevincimi sizlərlə bölüşmək qərarına gəldim.Saz


            

Sıra məndə-Uşaqlıq sirrlərim

Sentyabr 20, 2008 0:49   Yazan: blogcu    Baxış sayı: 313

asif eminovMəhin bir top atdı,
Gəldi düşdü başıma
Yadım yerinə gəldi
Oyandı uşaqlıq.


Məhinin topu mənə istiqamətləndi. Buna görə ona öz təşəkkürümü bildirirəm.

Evdəkilərin dediyinə görə uşaqlıqdan fərqli olmuşam. 6 aylığımda ikən qışın soyuğunda gecə agladığıma görə babam məni eyvana atıb ki, donub ölüm, bəlke səsim kəsilə. ))) 3 yaşımda olanda evden pul alıb, “Allah baba” kitabları adı ilə evimizin yaxınlığındakı kitabxanadan şəkilli kitablar alırdım. Oxuya bilməsəm də, şəkillərə həvəslə baxırdım. Evimizdə kiçik bir kitabxana düzəltmişdim.


            Davamı...

Təbəssüm

Sentyabr 5, 2008 13:25   Yazan: blogcu    Baxış sayı: 185

(5)

TebessumBu şəkili İsmayıllıya gedəndə çəkmişdim. Məncə gözəl şəkildir. Sizin də şərhlərinizi görmək xoş olardı. Hmm…
            

Wordpress theme _Paper stil

Sentyabr 4, 2008 23:08   Yazan: blogcu    Baxış sayı: 155

Salam, əziz oxucular. Bir daha bloguma gəldiyiniz üçün təşəkkür edirəm.

Keçək əsas məsələyə...

Ola bilər kimilərsə azəriblogun admini Fərhad qardaşın yaratdığı 40 stildən özünə lazım olanı tapıb ( mənim də bəyəndiklərim var. Göz vur ). Amma yəqin ki, bəziləri tamam fərqli dizaynlar axtarışındadiır. Zövqlər müxtəlifdir... Bir çoxları isə htmldan yaxşı anlamadıqları üçün gördüyü hansısa stili öz bloguna uyğun yığa bilmir və yaxud çətinlik çəkir. Nəticədə isə səhifədə çoxlu səhvlər ortaya çıxır. Bugündən calışacam azəriblog sisteminə uygunlaşdırğım stilləri sizlərə təqdim edim. Gördüyünüz bu Wordpress 2.6 stilllərindən olan Paper stili sadə və orijinalığı ilə seçilir. Həm də yüngül olması ilə. Yəni səhifələrin tez açılmasi ilə... Bu stili azəriblog sistemindəki hər bir bogçu istifadə edə bilər. 2 sütunlu, mavi paper stili... Əgər kimsə bu stili beyənib, öz bloguna yerləşdirmək istəyirsə, şərhlə muraciət etsin.

Amma...


            Davamı...

Yağışlı xatirələr

Avqust 25, 2008 21:49   Yazan: blogcu    Baxış sayı: 179

 

Yağışlı havalar istəyirəm
Köhnə pəncəyimi geyib
Əllərim cibimdə
Yenə gəlim
binanıza sarı.
Titrək-titrək
Pəncərənə boylanım.
Səni görcək
Həsrətim sənlə dolsun.


            Davamı...

Oğurluq!!!

Avqust 23, 2008 20:46   Yazan: blogcu    Baxış sayı: 239

Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub.

http://sensizolmaz.azeriblog.com/2008/08/15/sensizlik-depressiyasi  blogumun daimi olxuculari ve meni taniyanlar bilir ki, sensizlik depressiyasi mene mexsusdur. Demirsen ki, bashqa menbedir? Menbeni goster. Baxim hansi ... menim sheirimi bu gune salib!!! 

bu da senin mene yazdigin sherh!

============================

Oxucular, xahish edirem. Bu movzuya fikirlerinizi bildiresiz. 

Yeni ogurluq unvanlar.... Mene bunun koku lazimdir!!!

http://mix.az/love/page,1,1,15156-s601nsizlik-depressiyas305.html

http://uzaysel.azeriblog.com/2008/08/05/sensizlik-depressiyasi

http://www.azeribalasi.com/showthread.php?p=1189

Men sadece basah dushmurem, bu sheirlerimi niye bu gune saliblar? bashi ayagi bilmir. nagil kimi, ara qoymadan da ele rahat yaziblar kiiii!!!! Hirsli


            

Özgələr ( fəsil3)

Avqust 22, 2008 20:45   Yazan: blogcu    Baxış sayı: 216

 

 

Fəsil 3.

 

Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı.

Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.

 

Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.

 

-Sənə min dəfə demişəm! Rusca bilmirsən, danışma daaa. –deyə dinləndim.

Nagı -Her şey yaxşıdır. Bu gun bad olacaq.


            Davamı...

  Yazılar cəmi: 8