Dəniz (beta)
Aprel 19, 2008 0:01 Yazan: blogcu Baxış sayı: 77
çox söyüblər səni, dəniz,
Külək olmasa dalğalanmırsan.
Küləksiz başını yuxarı qaldırmağa
çatmaz qeyrətin...
Deyəsən,
çox döyüblər səni, dəniz,
Hər gələn-gədən
Bədənində qara qançırlar saxlayır.
Fırtınasız hücuma keçməyə
yoxdur cürətin...
Deyəsən,
çox əyiblər səni, dəniz,
Sahillərin, səs-küyünlə uyuyan
qayalardan ayrılıb.
Boş sahillə qışqırmağa
yoxdur qüdrətin...
Nə qeyrətlisən, nə cürətli,
nə də ki, qüdrətli...
Dəniz,
Sən də zamanla ayaqlaşmağı
üstün tutdun,
Ayaqyalın gəzməkdənsə.
Dəniz (alfa)
Aprel 18, 2008 23:52 Yazan: blogcu Baxış sayı: 62

Dəniz, harda qaldın?
dalğalarına alıb
batırdın
məni dəryalarında.
Davamı...
































