ƏBƏDI HƏYAT AXTARIŞINDA
Qocalıq elə bir xəstəlikdir ki, onu yalnız gen mühəndisliyinin köməyilə müalicə etmək olar. İndi ölümsüz həyatı təmin etməklə insan ömrünü uzatmağa nail olmaq üçün alimlər baş sındırır.
Gen mühəndisliyi sahəsində aprılan elmi araşdırmalar çox böyük sensasiyalara, qalmaqallara səbəb olmuş və bu fikrin düzgünlüyünü sübut etmək üçün çoxlu sayda eksperiment aparılmışdır. ABŞ-dakı Con Hopkins adına Universitetin bir qrup alimi yaponiyalı həmkarlarının eksperimentlərini eynilə təkrar etmişlər. Nəticədə insan ömrünü uzatmağa imkan verən genin tərkibi müəyyən edilmişdir. Onu yunan ilahəsi Klotonun şərəfinə “Kloto” adlandırıblar. Bu genə yeni doğulmuş uşaqlarda rast gəlmək olar. Bütün bədən kütləsinin 1 faizə qədərini təşkil edən bu genlər bir cüt olur ki, onlari da uşaqlar öz valideynlərindən alırlar. Eksperimental olaraq sübut edilmişdir ki, 65 yaşına çatmış adamlardan təxminən 1 faizə qədərində kloto geninə təsadüf olunur. Amerika alimləri müxtəlif etnik qruplara aid olan minə yaxın insan arasında araşdırmalar aparılır və məlum olur ki, təcrübə üçün ev siçanlarından istifadə etdikdə onların ömrünü on illərlə uzatmaq olar.
Professor Hel Deytsin dediyinə görə, kloto geninin xüsusiyyətlərini tam şəkildə öyrənmək üçün ətraflı eksperimentlər aparılmalıdır. Məhz bundan sonra ola bilsin ki, həmin genlərin xəstələrə necə təsir etdiyini bilmək olar. Rusiya Elimlər Akademiyasının Fizika İnstitunun alimlərinin gəldikləri elmi nəticələrə görə, qocalmanın sirrini məhz hüceyrələrin tərkib hissəsi olan DNT-də (dezoksiribonuklein turşusu- hüceyrənin tərkib elementidir) axtarmaq lazımdır. Məhz DNt-nin quruluşunun pozulması hüceyrələrin korlanmasına səbəb olur ki, bu da son nəticədə qocalmaya gətirib çıxarır. Təbii ki, belə bir korlanmış hüceyrəyə malik olan hər bir insan həmin genləri özündən sonrakı nəsillərə də keçirə bilər. DNT quruluşunun pozulımasına səbəb olan zərərli faktor isə radioaktiv şüalanmadır. Adi halda isə bütün sağlam insanların DNT-si sabit və dayanıqlıdır.
Davamı...
































