Reklam verin!

Blogun sahibi: Asif Eminov  RSSRSS   emailEMAIL

Alimlər “Allahın hissəciyi” axtarışında. LHC

Sentyabr 8, 2008 17:38   Yazan: blogcu    Baxış sayı: 266

Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir. LHC

LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə

ərazisində  26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. Maqnitlər 1.9K (-271C) temperaturda işləyəcək. LCHda 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS ve CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlyun plazmasının və kvark-qlyun mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etməkçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir.


            Davamı...

  Yazılar cəmi: 1